Tullantıları ayırmaq lazımdır, çünki… (mətin və audio)

Bu gün “Hər kəs öz qapısının önünü süpürsə, məhəllə təmiz olar” deyimində olduğu kimi, kiçik addımların böyük məsələdə nə qədər önəmli yer tutduğunu göstərməyə çalışacağıq, çünki...

2102911
Tullantıları ayırmaq lazımdır, çünki… (mətin və audio)

Tullantıları ayırmaq lazımdır, çünki …

 

  Bizim həm gələcəyimizə, həm də bu günümüzə aid bir problem var. Bu gün çox əhatəli və maraqlı sahə olan təkrar emalın birinci mərhələsindən - tullantıların ayrılmasından bəhs edəcək, “Hər kəs öz qapısının önünü süpürsə, məhəllə təmiz olar” deyimində olduğu kimi, kiçik addımların böyük məsələdə nə qədər önəmli yer tutduğunu göstərməyə çalışacağıq. Belə ki, tullantıları ayırmalıyıq, çünki...

  İşlənmiş və ya köhnəlmiş əşya tullantılarının toplanması, emal edilməsi və bu materialların yeni məhsulların istehsalında istifadə edilməsi prosesi təkrar emal kimi müəyyən edilir. Dünya əhalisinin artması və çoxalan insan ehtiyacları iynədən sapa qədər hər bir əşyanın böyük miqdarda istehsalını istəyir. Lakin bu istehsal üçün tələb olunan xammal enerjinin məhdud olduğu resurslar azaldıqca bahalaşır. Problemin həlli inkişaf etdirilən təkrar emal, xüsusilə resurslardan qənaətlə istifadə edərək və təbiətə mümkün qədər az zərər verməklə bir sıra tədbirlər həyata keçirməkdən keçir. Bu prosesin ilk addımı tullantıların ayrılmasıdır.

  Evlərimizdə və ya iş yerlərimizdə hər gün ortaya çıxan plastik, şüşə və kağız tullantıları növlərinə görə ayrılmadan atıldıqda çoxsaylı problemlər yaradır. Xüsusilə böyük şəhərlərdə zibil toplama sahələrinin formalaşması əsas olanlardan biridir. Üzvi və qeyri-üzvi tullantılar uzun müddət bir yerdə qaldıqda atmosferə zərərli qazlar buraxır. Zibil sahələrini azaltmaq üçün təkrar istifadə edilə bilən tullantıların ayrı-ayrı zibil qablarında toplanması vacibdir. Bu işin təşkili yerli özünüidarəetmə orqanları tərəfindən təmin edilsə də, ayrı-ayrı fərdlərin, yəni bizim də üzərimizə düşən vəzifələr var.

  Plastik, şüşə və kağız məmulatları xammalının əldə edilməsi üçün yüksək dərəcədə enerji tələb olunur. Bu məhsulları son şəklinə salmaq üçünsə də xeyli enerji sərf edilir. İstifadə olunmuş materiala xammal kimi baxmaq ilkin enerji sərfiyyatını aradan qaldırır. İnkişaf edən texnologiya vasitəsilə təkrar emal daha az enerji ilə məhsul istehsalı deməkdir. Evimizdəki tullantıları tək torbada toplamaqdansa, materialına görə ayırıb qutularına atmaqla bu prosesə töhfə vermiş oluruq. Yəni məhdud resurslarımızı evdən qorumağa başlaya bilərik.



Әlaqәli Xәbәrlәr