Türkiyedə günəş enerjisindən istifadə günü-gündən artır

''Gündəm enerji'' proqramının bu günkü hissəsində dünya üçün böyük əməmiyyətə malik olan günəş və günəş enerjisindən bəhs edəcəyik.

2099766
Türkiyedə günəş enerjisindən istifadə günü-gündən artır

Türkiyedə günəş enerjisindən istifadə günü-gündən artır

''Gündəm enerji'' proqramının bu günkü hissəsində dünya üçün böyük əməmiyyətə malik olan günəş və günəş enerjisindən bəhs edəcəyik.

Günəş hazırda yeganə tükənməz və sabit enerji mənbəyidir...

Bundan əlavə, günəş enerjisi quraşdırılması, ətraf mühiti çirkləndirməməsi və zərərli tullantılara səbəb olmaması baxımından ən yaşıl bərpa olunan enerji hesab olunur.

Günəş enerjisi günəşin nüvəsindəki birləşmə prosesi ilə yaranan isinmə enerjisi kimi xarakterizə edilir.

Qlobal istiləşmə ilə beynəlxalq ictimaiyyət və Türkiye qalıq ehtiyatlarının ətraf mühitə vurduğu zərərin qarşısını almaq üçün bərpa olunan enerjiyə keçidi sürətləndirdi.

Bu çərçivədə günəş enerjisindən istifadə günü-gündən artır.

Günəş enerjisindən elektrik enerjisi əldə etmək üçün bir çox üsullar olsa da, ümumi tendensiya günəşdən gələn işığın birbaşa elektrik enerjisinə çevrildiyi fotovoltaik sistemlərə yönəlib.

Günəş enerjisindən istifadə ilə bağlı tədqiqatlar xüsusilə 1970-ci illərdən sonra sürət qazandı. Günəş enerjisi sistemləri mövzusunda  əldə olunan irəliləyişmaliyyə baxımından da cəlbedici olub.

Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, günəş enerjisinə qoyulan investisiyalar 2030-cu ilə qədər neft və təbii qaza qoyulan ümumi investisiyaları ötəcək.

Beynəlxalq Enerji Agentliyinin hesablamalarına görə, 2023-cü ildə qlobal enerji sektoruna cəmi 2,8 trilyon dollar investisiya qoyulub ki, bunun da 1,7 trilyon dolları təmiz enerji texnologiyalarına, 1,1 trilyon dolları isə qalıq yanacaq sektoruna qoyulub.

Bu investisiyalar arasında günəş enerjisinin 380 milyard dollarlıq paya sahib olduğu təxmin edilir.

Bəs Türkiyedə vəziyyət necədir? Dövlət və özəl sektorun enerjiyə qoyduğu investisiyaların vəziyyəti necədir?

Türkiye coğrafi mövqeyinə görə ciddi günəş enerjisi potensialına malikdir.

Energetika Nazirliyinin hazırladığı “Günəş Enerjisi Potensial Atlası”na görə, Türkiyenin ildə günəş  işığından faydalanma müddəti  orta hesabla 2 741 saatdır. Məruz qaldığı radiasiya isə orta hesabla  1527,46 kWh/m2-dir...

Türkiyenin günəş enerjisi tutumunun 2035-ci ilə qədər təxminən  500 faiz artaraq 52,9 gigavata çatması və quraşdırılmış günəş enerjisi baxımından ciddi gücә malik ölkәyә çevrilmәsi hədəflənir.

2000-2020-ci illərdə hər il orta hesabla  4,4 faiz artan Türkiyenin elektrik istehlakının 2035-ci ilə qədər hər il orta hesabla 3,5 faiz  artaraq 510,5 teravatt saata çatması gözlənilir. 2020-ci ildə 21,8 faiz olan elektrik enerjisinin son enerji istehlakındakı payının 2035-ci ildə 24,9 faizə çatacağı proqnozlaşdırılır.

Türkiyenin 2020-ci ilin sonunda 95,9 gigavat olan quraşdırılmış elektrik enerjisinin 2035-ci ildə 189,7 gigavata yüksələcəyi və bərpa olunan enerji mənbələrinin ümumi quraşdırılmış enerjidəki payının 52 faizdən 64,7 faizə yüksələcəyi proqnozlaşdırılır.

Bu dövrədək istifadəyə verilməsi nəzərdə tutulan 96,9 gigavat yeni elektrik enerjisinin 74,3 faizini bərpa olunan enerji mənbələri təşkil edir.

Bərpa olunan enerji mənbələri arasında ən böyük güc artımının günəş enerjisində olacağı planlaşdırılır.

Türkiyenin 2020-ci ilin sonunda 6,7 ​​giqavat olan günəş enerjisi quraşdırılmış gücünün 2035-ci ildə 52,9 gigavata yüksələcəyi gözlənilir.

Bu artım o deməkdir ki, Türkiyenin 2022-ci ilin sonunda 9,32 gigavat olan quraşdırılmış günəş enerjisi gücü 2035-ci ilə qədər təxminən 500 faiz artacaq.

2035-ci ildə günəş enerjisində 52,9 gigavat gücə çatılacağı təqdirdə  Türkiye quraşdırılmış elektrik enerjisində ən yüksək paya sahib mənbə olacaq.



Әlaqәli Xәbәrlәr