Xarici dil öyrənmək lazımdır, çünki … (mətin və audio)

20-ci əsrin əvvəllərində Avstriya əsilli İngiltərə filosofu Lüdviq İosef İoqann Vitqenşteyn (Ludwig Josef Johann Wittgenstein, 1889 – 1961) “dilimin hüdudları dünyamın, düşüncəmin sərhədləridir” deyirdi

2100223
Xarici dil öyrənmək lazımdır, çünki … (mətin və audio)

Xarici dil öyrənmək

 

  Gözəl bir türk atalar sözü var: "Bir dil bir adam, iki dil iki adamdır".

  20-ci əsrin əvvəllərində Avstriya əsilli İngiltərə filosofu Lüdviq İosef İoqann Vitqenşteyn (Ludwig Josef Johann Wittgenstein, 1889 – 1961) “dilimin hüdudları dünyamın, düşüncəmin sərhədləridir” deyirdi.

  İfadə olunan hər şey təfəkkürün məhsulu olsa da, düşüncənin çevrəsini genişləndirmək başqa dili bilməyə də bağlıdır. Çünki yaşadıqlarını müxtəlif dillərdə ortaya qoya bilmək dünyanın sərhədlərini aşmaq imkanı verir.

  İnsan ana dilini öyrənmir, bir çox başqa şeylər kimi avtomatik olaraq mənimsəyir. Ana dili vasitəsilə dünyanı tanıyır, yaxın ətrafımızla ünsiyyət qururuq. Sivilizasiya artdıqca dildə də yenidən bəzi yeniləmələrə ehtiyac duyulur.

  Müasir dünya ünsiyyəti istənilən yerdə və istənilən vaxt mümkün edir. Bu gün hər yerdə baş verənləri izləmək çox asanlaşıb. İnternet sayəsində dünya ovcumuzda olur. Hər saniyədə milyardlarla mesaj dolaşır insanlar arasında.

  Yüz il əvvəl fransız dili ortaq dil hesab edildiyi halda, bu gün ingilis dili mübahisəsiz beynəlxalq dildir.

  Gənc yaşda xarici dil öyrənməyə başlamağın zehni faydaları ilə yanaşı, fizioloji yararları da var.

  Dünyada baş verənləri o saat əldə edə bilmək üçün bir deyil, bir neçə xarici dil öyrənməyə, vaxtı səmərəli istifadə etməyə dəyər.



Әlaqәli Xәbәrlәr