Mikrodalğalı sobanın icadı (mətin və audio)

“Həyatı asanlaşdıran təsadüflər” rubrikamızda bu gün sizə qısa mesaj olan mikrodalğalı sobanın icadından danışırıq, mətni oxuyur Sevda Mirzə

2095807
Mikrodalğalı sobanın icadı (mətin və audio)

Mikrodalğalı sobanın ixtirası

 

  Təcrübə zamanı alimin cibində unutduğu şokolad parçası əriyərsə, nə olar? Demə, təsadüfi bir ixtiraya qapı aça bilərmiş. Bu uzun hekayənin son hissəsinə mətbəxlərin təməl daşı olan və hələ də qida və içki sənayesində bir çox müəssisələr üçün əvəzolunmaz olan mikrodalğalı sobanın kəşfi daxildir.

  1894-cü ildə ABŞ-da anadan olan və həyatını elmi araşdırmalara həsr edən mühəndis Persi Spenser (Percy Spencer) bütün diqqətini müttəfiqlərin, xüsusilə İkinci Dünya Müharibəsində faşist Almaniyası üzərində üstünlük qazanmasında böyük əhəmiyyət kəsb edən radar cihazı və elektromaqnit dalğaları üzərində cəmləşdirmişdi. 1945-ci ildə laboratoriyasında radar dalğaları üzərində təcrübə apararkən o, cibindəki şokoladın əridiyini görür. Bu təcrübəni bir neçə dəfə təkrarlayan Spenser təsadüfən üzərində işlədiyi mikrodalğalı enerjinin qidaları qızdıra biləcəyini kəşf edir. 1947-ci ildə ixtirasını patentləşdirən Persi Spenserin icad etdiyi ilk mikrodalğalı soba o zaman evdar qadınların mətbəxlərində üstünlük verəcəkləri bir cihaz deyildi.

  Hündürlüyü 1 metr 80 santimetr, çəkisi 340 kiloqram olan ilk mikrodalğalı soba həmin il “Radarange” adı ilə ictimaiyyətə elan edildi, lakin çox yüksək qiymətə və ölçüyə görə kommersiya baxımından ona laqeyd yanaşıldı.

  Mikrodalğalı soba mətbəxə girməzdən əvvəl 8 illik inkişaf prosesindən keçməli oldu. 1955-ci ildə başqa bir şirkət ölçüləri bugünkü miqyasa yaxın olan ilk mikrodalğalı sobanı istifadəyə verdi. O vaxtdan müxtəlif ölçü və markalarda milyonlarla mikrodalğalı soba istehsal edilir və bütün dünyaya satılır.

  Evdar qadınlar üçün “Əsrin ixtiraları siyahısı”nda birinci yerlərdə olan mikrodalğalı sobanın işləmə prosesi necədir? Mikrodalğalar radio dalğaları və infraqırmızı şüalar arasında elektromaqnit spektrində yerləşir. Onların tezlikləri 1 - 1000 GHz arasında dəyişir və dalğa uzunluqları 0,1 - 100 santimetrdir. Normal sobaların qapısındakı kiçik dəliklər işıq dalğalarının keçməsinə imkan verir və buna görə də sobanın içi görünə bilir. Mikrodalğalı sobaların yeməkləri qızdırmaq üçün istifadə etdiyi elektromaqnit dalğalarının tezliyi az olduğundan və dalğa uzunluqları daha uzun olduğundan dalğalar örtükdəki dəliklərdən keçə bilmir və içəri geri gedir. Bu sobalarda 2,45 Ghz tezliyi istifadə edilir ki, dəyəri yalnız su molekullarını hərəkət etdirməkdir. Tərkibində su olan yeməklər qızıb isinərkən yeməyin qoyulduğu boşqab isti olmur. Buna görə mikrodalğalı sobalarda isitmə ənənəvi soba və qazanlarda qızdırmaqdan tamamilə fərqlidir. Mikrodalğalı sobalarda isitmə adi sobalarda olduğu kimi, "kənardan içəri" deyil, "hər yerə eyni anda təsir” ilə baş verir. Mikrodalğalı sobaların daxili temperaturu otaq temperaturuna bərabərdir, buna görə də qızdırılan yemək üz bağlamır. Bütün bu saydıqlarımıza görə mikrodalğalı sobalar təsadüfi tapılsa da, böyük bir ixtiradır.

  ABŞ-da uzun illərdir ailələrin mətbəxlərinin vazkeçilməz əşyası olan mikrodalğalı soba ilə bağlı ən böyük narahatlıq onun insan sağlamlığına təsiri ilə bağlıdır. Mübahisə 1947-ci ildən - bu sobalar hazırlanmağa başladığı vaxtdan bəri gəlir. Lakin həm bu sahədə çalışan peşəkar qurumlar, həm də Ümumdünya Səhiyyə Təşkilatına görə, mikrodalğalı sobalar düzgün istifadə edildiyi və təmiz saxlanıldığı müddət boyu təhlükəsizdir. Bunda ən mühüm amil mikrodalğalı sobaların içəridə az radiasiya saxlamaq üçün nəzərdə tutulması və sobanın şüşə qapısından sıza biləcək radiasiyanın miqdarının beynəlxalq standartlardan xeyli aşağı olmasıdır.



Әlaqәli Xәbәrlәr