Nizamlı yatmaq lazımdır, çünki …

Bu gün sizə bədənimizin ən vacib ehtiyaclarından biri olan və istər-istəməz yerinə yetirməkdən boyun qaçıra bilməyəcəyimiz yatmaq haqqında danışmaq istəyirik

2095186
Nizamlı yatmaq lazımdır, çünki …

Nizamlı yatmaq niyə lazımdır?

 

  Bu gün sizə bədənimizin ən vacib ehtiyaclarından biri olan və istər-istəməz yerinə yetirməkdən boyun qaçıra bilməyəcəyimiz yatmaq haqqında danışmaq istəyirik. Həqiqətən yuxunu almaq, nizamlı yatmaq lazımdır, çünki …

  Yaxşı yatmayanda və ya heç yata bilməyəndə eşitdiklərini, ətrafında gördüklərini beyin emal etməkdə çətinlik çəkir. Çünki yuxu bədənin istirahəti olmaqla həm də beyinin fəaliyyətinə birbaşa təsir edən ehtiyacdır.  

  Təbiətdəki canlılar yuxularını qidalanma və qorunma ehtiyaclarına görə tənzimləyirlər. Məsələn, pişiklər düşmənlərini daha çox gündüzlər gördüyü üçün o vaxtlarını yatıb dincəlməyə, gecələrsə ova çıxmağa üstünlük verirlər. İnsanlar heyvanlar kimi onlar üçün təhlükəli yırtıcılardan gizlənməsə də, sivilizasiyanın gətirdiyi rahatlıq sayəsində günün 24 saatı ərzində istədiyi vaxt yatmağı seçə bilir. Çünki bədən və beynin mütləq günün müəyyən saatlarında bəlli miqdarda yatmağa ehtiyacı var.

  İnsan bədəni gündüz-gecə tarazlığını gün işığına görə tənzimləyir. Beyində vaxtı çox yaxşı bilən mükəmməl saat var. Bu saat səhər oyanmağa və gecələr yuxuya getməyə kömək edir. Gün işığı saatın balansını təmin edir, qoruyur. İnsanlar qidadan ala bilmədikləri D vitaminini günəşdən alır. Buna görə günəşli saatlarda oyaq olmaq vacibdir.

  Yatmaq, yuxuya getmək beyindən bədənə yayılan neyronların paylanmasını tənzimləyir. Oyaq ikən baş verən hər şeylə məşğul olan neyronlar biz yatarkən nizama düşmək imkanı qazanır. Gec yatdığımız zaman isə neyronlar elə yorulur ki, yaddaşı daha saxlaya bilmir. Amma oyanarkən arı pətəyi kimi çalışacağı üçün beynin yanacağı olan qlükozaya ehtiyacı yaranır.

  Gündüz bütün hərəkətlərimizin yanacağı olan qlükoza yatarkən uzanılı olmaq nəticəsində beyinə daha çox ötürülür, bununla da beyin lazımsız olanları təmizləyir və ehtiyac duyduğu məlumatları saxlayır.

  Qısa vaxta sığdıra bilməyəcəyimiz bir çox amillərə görə nizamlı olaraq yatmaq insan sağlamlığı üçün qidalanma qədər əsas ehtiyacdır.



Әlaqәli Xәbәrlәr