Türkiye enerji mərkəzi olmağa hazırlaşır

''Gündəm enerji'' proqramının bu günkü hissəsində Türkiyənin təbii qaz mərkəzi olmaq yolunda atdığı addımları müzakirə edəcəyik.

2090842
Türkiye enerji mərkəzi olmağa hazırlaşır

Türkiye enerji mərkəzi olmağa hazırlaşır

''Gündəm enerji'' proqramının bu günkü hissəsində Türkiyenin təbii qaz mərkəzi olmaq yolunda atdığı addımları müzakirə edəcəyik.

Enerji sahəsində mərkəzi ölkə olmağa hazırlaşan Türkiye beynəlxalq təbii qaz boru kəməri layihələri ilə Rusiya, Azərbaycan və İrandan təbii qaz tədarük edir.

Türkiye beynəlxalq təbii qaz layihələri ilə bölgənin enerji təchizatı təhlükəsizliyinə töhfə verərək, təbii qaz ticarətinin həyata keçirildiyi  və qiymətinin müəyyən olunduğu bir mərkəz olmaq üçün səylərini sürətlə davam etdirir.

Rusiyanın öz təbii qazını xarici bazarlara çıxarmaq üçün Türkiyedə qaz mərkəzi qurmaq  təklifindən sonra bu işlərin yol xəritəsinin hazırlanması ilə əlaqədar hazırlıqlar davam edir.

Trakya bölgəsində qurulması planlaşdırılan təbii qaz mərkəzi ilə Türkiye Avropanın ən böyük qaz tədarükçüsü və hasil edən ölkələrin enerji ixracatını artıran mərkəz ölkə olmağa hazırlaşır. Mərkəzin bu il Trakyada qurulması hədəflənir.

Nümayəndə heyətləri Moskva və Ankarada görüşlər keçirərək layihənin yekunlaşdırılması istiqamətində işlər görür.

Türkiye hazırda 7 beynəlxalq təbii qaz boru kəməri, 2-si üzən anbar və qazlaşdırma qurğusu olmaqla 4 LNG qurğusu və 2 yeraltı təbii qaz anbarı ilə güclü infrastruktura malikdir.

Beynəlxalq layihələrdən biri olan “Türk axını” Rusiyanın Anapa şəhərindən Kırklarelinin Kıyıköyünə qədər uzanan hər biri 930 kilometr uzunluğunda iki dəniz xəttindən ibarətdir. Xətlərdən biri Türkiyenin milli şəbəkəsinə qoşulsa da, digəri Türkiyə ərazisindən tranzit qazın Avropaya nəqlini təmin edir. Hər bir xətt ildə 15,75 milyard kubmetr qaz nəql etmək gücünə malikdir.

Qara dənizdən keçən xətt vasitəsilə Rusiyadan Türkiyeyə çatan ''Mavi axın'' təbii qaz xətti ilə ildə 16 milyard kubmetr təbii qaz tədarük edilir.

Azərbaycan qazını Türkiye üzərindən Türkiye və Avropaya nəql edən Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) hazırda ildə 16 milyard kubmetr, Türkiyeyə 6 milyard kubmetr, Avropaya isə 10 milyard kubmetr qaz nəql edir.

Tutumunun 32 milyard kubmetrə qədər artırılması nəzərdə tutulan TANAP-ın ötürücülük qabiliyyətinin artırılması istiqamətində tədqiqatlar davam etdirilir.

TANAP qazı Yunanıstan sərhədində yerlәşәn vә Avropa ölkələrinə tәbbi qaz ötürən Trans Adriatik Boru Kəmərinə bağlıdır.Türkiye Bakı-Tbilisi-Ərzurum təbii qaz kəməri ilə də Azərbaycandan qaz tədarük edə bilər. Şərqi Anadolu təbii qaz magistral ötürmə xətti İrandan Türkiye bazarına ildə 10 milyard kubmetrə qədər təbii qaz nəql edir. Türkiye gələcəkdə bazara çıxarılacağı təxmin  edilən Şərqi Aralıq dənizi, Türkmənistan və İraq qazının Avropa bazarlarına çatdırılması baxımından da kritik əhəmiyyətə malikdir.Türkiye də Türk Cümhuriyyətləri ilə müqavilələr imzalayaraq təbii qaz müxtəlifliyini genişləndirmək istəyir. Bu istiqamətdə Zəngəzur dəhlizinin açılması ilə Türkmənistan təbii qazının Xəzər dənizi vasitəsilə Türkiyeyə nəqli nəzərdə tutulur. Xəttin Türkiyenin milli sisteminə qoşulması ilə Türkiyənin Avropanın enerji təchizatı təhlükəsizliyində onsuz da kritik rolunu artırması hədəflənir.

Türkiye bütün dünyada yaşanan enerji böhranında əhəmiyyəti daha aydın başa düşülən LNG infrastrukturunda enerji təchizatı təhlükəsizliyi və qaynaq müxtəlifliyinin təmin edilməsi baxımından əhəmiyyәtli mövqeyә malikdir.

Türkiyenin ilk üzən LNG saxlama və qazlaşdırma obyekti olan və İzmirdə Etki Liman İdarəsi tərəfindən idarə olunan qurğunun şəbəkəyə gündə 20 milyon kubmetr qaz ötürmə gücünə malik olduğu bildirilir.

Dörtyoldakı üzən LNG saxlama və qazlaşdırma terminalı və Türkiyenin sifariş etdiyi son layihələrdən biri olan Ərtoğrul Qazi gəmisi dünyada təxminən 40-a yaxın üzən LNG saxlama və qazlaşdırma abyektlәrin son nümunələri arasındadır.

İldə təxminən 2,5 milyard kubmetr qazlaşdırma qabiliyyətinə malik olan Ərtoğrul Qazi 170 min kubmetr LNG saxlaya bilir. Təbii qazın sıxılmış forması olan LNG təxminən 600 dəfə sıxıla və maye halında nəql edilə bilər.

Ərtoğrul Qazinin saxlaya biləcəyi mayeləşdirilmiş təbii qaz təxminən 110 milyon kubmetr, gəminin maksimum gündəlik qazlaşdırma qabiliyyəti isə 28 milyon kubmetrdir.

İzmirdəki EgeGaz LNG terminalı da 170 milyon kubmetr qaz anbarı və gündəlik 40 milyon kubmetr daşıma qabiliyyəti ilə Türkiyenin LNG infrastrukturuna töhfə verir.

BOTAŞ tərəfindən idarə olunan Marmara Ereğlisi LNG Terminalı gündəlik 37 milyon kubmetr qazlaşdırma gücü və hər birinin tutumu 85 min kubmetr olan üç anbar çəni ilə enerji təchizatı təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.

2022-ci ilin sonunda açılan Saros üzən LNG saxlama və qazlaşdırma obyekti də Mərmərə bölgəsinin təchizat təhlükəsizliyinə əhəmiyyətli töhfə verir.



Әlaqәli Xәbәrlәr