Türkiyenin enerji sahəsindəki hədəfləri

''Gündəm enerji'' proqramının bu günkü hissəsində enerjidən səmərəli istifadə və Türkiye ilə beynəlxalq ictimaiyyətin hədəflərini müzakirə edəcəyik.

2088069
Türkiyenin enerji sahəsindəki hədəfləri

Türkiyenin enerji sahəsindəki hədəfləri

''Gündəm enerji'' proqramının bu günkü hissəsində enerjidən səmərəli istifadə və Türkiye ilə beynəlxalq ictimaiyyətin hədəflərini müzakirə edəcəyik.

Enerji resurslarından səmərəli istifadə dünyanın ən mühüm gündəm maddələrindən biridir. İqlim dəyişikliyi, beynəlxalq böhranlar və resursların gündən-günə azalması bunun ən mühüm səbəbləridir.

Beynəlxalq ictimaiyyət enerji resurslarından səmərəli istifadə üçün hərəkətə keçdi. Paris İqlim Sazişi iqlim dəyişikliyi rejimini tənzimləmək üçün imzalandı. Türkiye də müqavilənin tərəfidir...

Son məlumatlara görə, karbon qazı emissiyalarının miqdarı 2022-ci ildə 36,8 milyard tonu keçərək bütün zamanların pik həddinə çatıb. Emissiyaların həcminin ötən il 40 milyard tonu keçdiyi  təxmin edilir.

Araşdırmaya görə, ötən il dünya üzrə ən çox istixana qazı buraxan ölkə 30,7 faizlə Çin olub. ABŞ isə 13,6 faizlə ikinci olub.

Qlobal karbon emissiyalarının 7,6 faizi Hindistanın, 7,4 faizi Avropa İttifaqının, 4,4 faizi isə Rusiyanın payına düşüb. Türkiyeni digər ölkələrdən fərqləndirən çox mühüm bir məqsədi var. Türkiye ''Yaşıl inkişaf'' inqilabı ilə 2053-cü ildə “sıfır emissiya səviyyəsinə” çatmağı hədəfləyir. Son on ildə Türkiyenin ümumi daxili məhsulu 67 faiz, əhalisi isə 13 faiz artıb. Artan istehsal və rifah ilə enerji istehlakı da artıb.

''Yaşıl inkişaf'' hədəfinə doğru atılacaq ən mühüm addım enerji səmərəliliyidir... Türkiye 2017-2023-cü illər üçün ilk milli enerji səmərəliliyi fəaliyyət planını dərc etdi. ''Yaşıl enerji''yə cəmi 8,5 milyard dollar investisiya yatırıldı. İstehsaldan  istehlaka kimi bütün sahələrdə görülən işlər nəticəsində  enerji istehlakına 14 faiz qənaət edildi. 70 milyon ton tullantıların azaldılmasına nail olundu.

“Sıfır emissiya” hədəfi ilə Türkiye ''Yaşıl inkişaf'' üçün daha yüksək səviyyəyə keçdi.

Enerji və Təbii Sərvətlər Nazirliyi 2030-cu ilə qədər enerji səmərəliliyi sahəsində yol xəritəsini də açıqladı.

Yol xəritəsinə görə, Türkiye 2030-cu ilə qədər enerji istehlakını 16 faiz azaltmağı və tullantıların azaldılmasına 100 milyon ton töhfə verməyi hədəfləyir. Bu çərçivədə enerji sahəsinə  20 milyard dollar investisiyanın yatırılması planlaşdırılır. Ancaq enerji səmərəliliyi üçün atılacaq addımlar təkcə investisiyalarla bağlı deyil...

2030-cu ilə qədər ictimai binalarda enerjiyə  30 faiz qənaət ediləcək. Enerji səmərəliliyi üçün istifadə olunan sistemlər və texnologiyalar artacaq. Təşviqlərlə sənayedə tullantıların bərpası layihələrinin sayı iki dəfə artırılacaq. Elektrikli mühərriklər və istilik nasoslarından istifadə artırılacaq.

Layihənin hədəflərinə uyğun olaraq ümumi işıqlandırmada 1,2 milyon LED armatur quraşdırılacaq. İtkilərin və qanunsuzluqların qarşısını almaq üçün smart sayğacların göstəricisi 25 faizə çatdırılacaq.

Türkiyenin hazırda təxminən 110 min meqavat quraşdırılmış gücü və 13 min 35 elektrik enerjisi istehsal stansiyası var.

2023-cü ilin noyabr ayından etibarən elektrik enerjisi istehsalının 29,8 faizi hidravlik, 23,9 faizi təbii qaz, 20,5 faizi kömür, 11 faizi külək, 10,6 faizi günəş, 1,6 faizi geotermal, 2,6 faizi isə digər resurslardan istifadə edilərək istehsal olunur.

2035-ci ilə qədər günəş enerjisi ilə quraşdırılan enerjinin 53 minə, külək enerjisinin  30 minə, su elektrik enerjisinin 35 minə, geotermal və biokütlə enerjisinin təqribən 5 min meqavata çatdırılması nəzərdə tutulur.

Enerji səmərəliliyi çərçivəsində atılacaq addımlar və yatırılacaq investisiyalarla təmiz enerjidәn istifadə nisbətinin 70 faizə çatması gözlənilir.

Təmiz enerji istehsalı və səmərəli istifadə hesabına karbon emissiyalarının 35 faiz azaldılması planlaşdırılır.

Beynəlxalq Enerji Agentliyinin 2024-cü ildə dərc etdiyi hesabata görə, dünyada bərpa olunan enerji potensialında ən sürətli artım son 30 ildə müşahidə edilir.

Keçən il dünyada 2022-ci illə müqayisədə 510 giqavat olmaqla 50 faiz çox bərpa olunan enerji tutumu istifadəyə verilib və bu artımın 75 faizi günəş enerjisi hesabına təmin edilib. 



Әlaqәli Xәbәrlәr