Türkiye-İraq arasındakı enerji sahəsindəki əlaqələr

Rəsmi Ankara-Bağdad xəttində yeni tərəfdaşlıqların qlobal enerji siyasətinə təsirlərini müzakirə edəcəyik.

2085445
Türkiye-İraq arasındakı enerji sahəsindəki əlaqələr

Türkiye-İraq arasındakı enerji sahəsindəki əlaqələr

''Gündəm enerji'' proqramının bu günkü hissəsində Türkiye-İraq arasındakı enerji sahəsindəki əlaqələri qiymətləndirəcəyik.

Rəsmi Ankara-Bağdad xəttində yeni tərəfdaşlıqların qlobal enerji siyasətinə təsirlərini müzakirə edəcəyik.

Türkiye-İraq münasibətləri son vaxtlar müsbət istiqamətdə irəliləyir. İki ölkə arasında ticarət həcmi təxminən 25 milyard dollardır. Tərəflər arasında dialoqun artması ilə bu səviyyənin daha da yüksәlmәsi gözlənilir.

2024-cü ildә Ankara-Bağdad münasibətlərində mühüm proseslər yaşana bilər.  Aprel ayında dayandırılan İraq-Türkiye Xam Neft Boru Kəmərinin diplomatik təşəbbüslər nəticəsində axınının yenidən başlaması gözlənilir.

Kərkük-Ceyhan neft kәmәrinin illik nəql gücü 70 milyon bareldən çoxdur. Qarşıdakı dövrdə xəttin ötürmə qabiliyyəti də arta bilər.

Türkiye-İraq arasındakı enerji sahəsindəki əlaqələr inkişaf edərkən, neft və neft məhsullarının daşınması ilə bağlı atılacaq ən mühüm addımlardan biri İnkişaf Yolu Layihəsidir...

Layihə Türkiyeni 1200 kilometr dəmir yolu və avtomobil yolu ilə Fars körfəzindəki Faw limanına birləşdirəcək. İraq İpək Yolu olaraq da adlandırılan layihə Avropadan Körfəz ölkələrinə qədər geniş bir bölgəni əhatə edəcək və ortaq faydalar verəcək.

Yalnız İraqdakı deyil, Qətər başda olmaqla Körfəz ölkələrindəki təbii qazı da Avropaya nəql etmәk mümkün olacaq. Bu Türkiyenin enerji ixrac potensialını artıracaq.

Layihə ilə Türkiye İraqın enerji ehtiyatlarını dünya bazarlarına çatdıracaq və enerji ticarətində aktiv rol oynayacaq. Bəsrədən Türkiye sərhədinə qədər uzanan avtomobil və dəmir yolu nəqliyyat dəhlizinin tikintisi üçün İnkişaf Yolu Layihəsi Türkiyenin enerji sektorundakı rəqabət gücünə töhfə verəcək.

İnkişaf Yolu Layihəsi başa çatdıqdan sonra neft və neft məhsullarının daşınması mövzusunda Süveyş kanalının əsas rəqibinə çevriləcək.

İraqın sübut edilmiş neft ehtiyatları təxminən 145 milyard bareldir. Bu dünya neft ehtiyatlarının təqribən 8 faizinə, Yaxın Şərqdəki neft ehtiyatlarının isə 17 faizinə bərabərdir. İraq nefti istehsal dəyərinə görə dünyada ən ucuz neftlərdən biri hesab edilir.



Әlaqәli Xәbәrlәr