Sudan diqqətli istifadə etməliyik, çünki … (mətin və audio)

Gündəlik həyatımıza dair, tez-tez təkrarlandığı üçün bəzən mənası unudulan, bəzən də çox vurğulanmayan müxtəlif davranışlar var. Bəzi davranışları niyə edilməliyik və digərlərindən niyə çəkinməliyik?..

2082528
Sudan diqqətli istifadə etməliyik, çünki … (mətin və audio)

Sudan diqqətli istifadə etməliyəm, çünki ...

 

  Gündəlik həyatımıza dair, tez-tez təkrarlandığı üçün bəzən mənası unudulan, bəzən də çox vurğulanmayan müxtəlif davranışlar var. Bəzi davranışları niyə edilməliyik və digərlərindən niyə çəkinməliyik?  Bəzən gözümüzün qabağında olan, lakin çox da düşünmədiyimiz problemlər və səbəbləri var.

  Bu gün biz həyat mənbəyimiz olan sudan niyə ehtiyatla istifadə etməli olduğumuz üzərində dayanacağıq.

  Su həyatımızda böyük yer tutur. Şişirtmə deyil, konkret olaraq. Bədənimizin 60 faizi və Yer kürəsinin təxminən 70 faizi sudan ibarətdir. Bu günə qədər aparılan elmi araşdırmalar suyun maye halında yalnız planetimizdə mövcud olduğunu göstərir. Həyat bizim dünyamıza xasdır. Bu məlumat kifayətdir ki, başqa vasitələrə əl atmadan suyun həyatla əlaqəsini dərk edək.

  Dünyanın dörddə üçü sudan ibarət olsa da, onun yalnız 2,5 faizi şirin sudur. Qalan duzlu su planetimizdə həyat üçün vacib olaraq qalsa da, insanların yaşaması bu məhdud şirin sudan asılıdır. Gündə 2 litrə yaxın su içmək sağlam həyat sürməyin əsas şərtlərindəndir. “Covid-19” epidemiyası zamanı bədən və ətraf mühit təmizliyi üçün suyun əhəmiyyətini bir daha dərk etdik.

  Müasir dünyada, xüsusən də şəhər həyatında suya çatmaq asanlaşıb. Bəlkə buna görə əlimizdə olanın qədrini az bilirik. Hər dəfə kranı açanda arıdılmış, təmizlənmiş, hətta bəzi şəhərlərdə birbaşa içməyə yararlı su var. Lakin qlobal iqlim dəyişikliyinin yaratdığı quraqlıq və planlaşdırılmamış sənayeləşmə nəticəsində suyun çirklənməsi artıq öz mənfi təsirlərini göstərməyə başlayıb. Birləşmiş Millətlər Təşkilatı dünyada hər üç nəfərdən birinin təhlükəsiz içməli suya çıxışı olmadığını və mövcud şərtlər davam edərsə, 2050-ci ilə qədər təxminən 6 milyard adamın suyun ildə ən azı 1 ay məhdudlaşdırıldığı yerlərdə yaşayacağını açıqlayıb. Görünür, bu zaman deyəcəyik: “Mən sudan ehtiyatla istifadə etməliyəm, çünki...”



Әlaqәli Xәbәrlәr