2024-cü ildə enerji, dünya və Türkiyə (mətin və audio)

Türkiyə 2023-cü ildə enerji sahəsində hansı addımları atdı? 2024-cü ildən gözləntilər nələrdir? Qarşıdakı dövrdə hansı addımlar atılacaq?

2082181
2024-cü ildə enerji, dünya və Türkiyə (mətin və audio)

2024-cü ildə enerji, dünya və Türkiyə

 

  2023-cü ildə enerji dünyanın və Türkiyənin ən mühüm gündəm maddələrindən biri oldu. 2024-cü ildə də vəziyyət fərqli görünmür.   Rusiya-Ukrayna müharibəsi Avropanı ciddi enerji böhranı ilə qarşı-qarşıya qoyub. Amma Türkiyə son illər atdığı ardıcıl addımlarla enerji müstəqilliyini əldə etmək üçün mühüm təşəbbüslər irəli sürməklə yanaşı, beynəlxalq miqyasda da mərkəzi ölkə olma hədəfinə doğru sürətlə irəliləyir.

  Mövzu ilə bağlı TRT əməkdaşı Mahmut Gürerin “Gündəm enerji” proqramını Sevda Mirzə oxuyub təqdim edir.  

  Türkiyə 2023-cü ildə enerji sahəsində hansı addımları atdı? 2024-cü ildən gözləntilər nələrdir? Qarşıdakı dövrdə hansı addımlar atılacaq?

  Türkiyə bütün dənizlərdə təbii qaz axtarma fəaliyyətlərini davam etdirir. Qara dənizdə 710 milyard kubmetr təbii qaz ehtiyatı aşkara çıxdı. Ən qısa zamanda Şərqi Aralıq dənizində qazma fəaliyyətləri başlayacaq.

  Cənub-Şərqi Anadolu bölgəsində əhəmiyyətli miqdarda neft ehtiyatı aşkar edildi. “Şehit Aybüke Yalçın” yatağında gündəlik 100 min barel hasilat gücü gözlənilir. “Şehit Esma Çevik” quyusunda isə 12 milyard dollar dəyərində olduğu düşünülən 150 milyon barrel neft ehtiyatı aşkar olunub.

  Türkiyə bərpa olunan enerji sahəsində də mühüm addımlar atır. Elektrik enerjisinin 55 faizi bərpa olunan mənbələrdən istifadə etməklə istehsal olunur.

  Akkuyu Atom Elektrik Stansiyasının ilk reaktorunun yaxın aylarda istifadəyə verilməsi planlaşdırılır. 2028-ci ildə digər reaktorlar işə başlayanda ildə 35 milyard kilovat-saat elektrik enerjisi istehsal olunacaq.

  2024-cü ildə yeni atom elektrik stansiyaları ilə bağlı addımların atılması planlaşdırılır. Amma enerji sahəsində yeni layihələr təkcə nüvə ilə məhdudlaşmır. Türkiyə üzərindən Avropaya 7 beynəlxalq təbii qaz kəməri keçir. Yeni xətlərin çəkilməsi an məsələsidir. Bundan əlavə, yaxın vaxtlarda mövcud xətlərin həcmi genişləndiriləcək.

  Türkiyənin məqsədi enerji mərkəzi mövqeyinə çatmaqdır. Bu məqsədlə Rusiya ilə sıx əməkdaşlıq edir. Trakiyada qurulacaq enerji mərkəzi ilə təbii qazın Türkiyə üzərindən - tək mərkəzdən Avropaya çatdırılması nəzərdə tutulur. Bu vəziyyət Türkiyəni təbii qazın qiymətinin müəyyən edilməsində mühüm ölkələr sırasına qatacaq.

  Türk dünyası üçün enerji sahəsində yeni addımlar gözlənilir. Azərbaycan Ermənistanın işğal etdiyi Qarabağ torpaqlarını işğaldan azad edib. Növbəti mərhələ Zəngəzur dəhlizinin reallaşdırılması planıdır. Layihənin həyata keçirilməsi ilə Türkiyə və türk dünyası bir-birinə problemsiz bağlanacaq. Bu vəziyyət enerji təchizatı təhlükəsizliyi və tərəfdaşlıq üçün hansı imkanlar verir? - Azərbaycandan sonra Türkmənistan təbii qazının Türkiyə üzərindən beynəlxalq bazarlara çıxarılması imkanları gəlir.

 



Әlaqәli Xәbәrlәr