Hər 12 xəstəxanadan biri iqlim dəyişikliyinə görə bağlanma təhlükəsi ilə üz-üzədir

Hər 12 xəstəxanadan biri iqlim dəyişikliyinə görə bağlanma təhlükəsi ilə üz-üzədir.

2075688
Hər 12 xəstəxanadan biri iqlim dəyişikliyinə görə bağlanma təhlükəsi ilə üz-üzədir

Hər 12 xəstəxanadan biri iqlim dəyişikliyinə görə bağlanma təhlükəsi ilə üz-üzədir

Hər 12 xəstəxanadan biri iqlim dəyişikliyinə görə bağlanma təhlükəsi ilə üz-üzədir.

İqlim dəyişikliyinin səbəb olduğu ekstremal hava şəraitinə görə dünyada hər 12 xəstəxanadan birinin qismən və ya tam bağlanma təhlükəsi ilə üz-üzə olduğu müəyyən edilib.

''Həyatın maraqlı anları'' proqramının bu günkü hissəsində iqlim dəyişikliyinin səbəb olduğu mənfi təsirlərdən danışacağıq.

Fiziki iqlim riskləri üzərində çalışan tədqiqat təşkilatı Cross Dependency Initiative BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası çərçivəsində   iqlim dəyişikliyinin səbəb olduğu ekstremal hava şəraitinin  xəstəxanalara təsiri haqqında hesabat yayımladı.

Dünya üzrə 200 mindən çox xəstəxananın risk analizinin yer aldığı hesabata görə, sahil zolağında və çaylara yaxın olan xəstəxanalar risk altındadır, çay və su daşqınları xəstəxanalara ziyan vurma riskini artırır. Əsrin sonlarına doğru ekstremal hava şəraitinin dəyişməsi və dəniz səviyyəsinin qalxması nəticəsində sahilyanı daşqınların sürətlə artması təhlükəsi də xəstəxanalar üçün çətinlikləri artırır.

Qalıq yanacaqlardan imtina edilməyəcəyi və emissiyaların artmağa davam edəcəyi təqdirdə dünyada hər 12 xəstəxanadan biri ekstremal hava hadisələri səbəbindən 2100-cü ilə qədər qismən və ya tam bağlanma riski ilə üzləşə bilər.

Bu 16 min 245 xəstəxananın bu təhlükə ilə üzləşə biləcəyi anlamına gəlir. Bu rəqəm hal-hazırda yüksək risk altında olan xəstəxanaların sayından təxminən iki dəfə çoxdur.

Bu səbəbdən bu xəstəxanaların hamısında iqlimə uyğunlaşma sərmayələrinə ehtiyac var, lakin bu investisiyalar təmin edilsə belə, bir çox xəstəxana üçün yerdəyişmə yeganə seçim ola bilər.

Yüksək risk altında olan 16 245 xəstəxananın 71 faizi aşağı və orta gəlirli ölkələrdə yerləşir.

Hesabatda göstərilən yüksək emissiya ssenarisinə əsasən, dünya üzrə xəstəxanalara ziyan vuran ekstremal hava şəraitinin riski əsrin sonuna qədər dörd dəfədən çox artacaq, aşağı emissiya ssenarisində isə bu risk artımı 106 faizə qədər azalacaq.

Qlobal temperatur artımı qalıq yanacaq istifadəsinin azalması ilə 1,8 dərəcə ilə məhdudlaşdırılarsa,  xəstəxana infrastrukturuna ziyan vurma riski də iki dəfə azalacaq.

Cənub-Şərqi Asiya bölgəsindəki xəstəxanaların ekstremal hava şəraitindən ən çox zərər görəcəyi bildirilir.

Yüksək emissiya ssenarisinə əsasən, Cənub-Şərqi Asiyada demək olar ki, hər 5 xəstəxanadan biri əsrin sonuna qədər tam və ya qismən bağlanma riski ilə üzləşəcək.

Türkiyedə hər 20 xəstəxanadan 1-i risk altındadır.

Türkiyedə ekstremal hava şəraiti səbəbindən bağlanma riski yüksək olan xəstəxanaların nisbətinin 2050-ci ilə qədər 3,8 faizdən 4,4 faizə yüksələcəyi proqnozlaşdırılır.

Emissiyaların yüksək səviyyədə qalacağı təqdirdə əsrin sonuna qədər hər 20 xəstəxanadan birinin ekstremal hava hadisələrindən təsirlənəcəyi və Türkiyedə 99 xəstəxananın iqlim dəyişikliyinin səbəb olduğu ekstremal hava şəraitinə görə yüksək riski ilə üzləşəcəyi təxmin edilir.

Tədqiqat təşkilatının direktoru  Karl Mallon hesabatın nəticələrini qiymətləndirərkən, iqlim dəyişikliyinin bütün dünyada insanların sağlamlığına getdikcə daha çox təsir etdiyini ifadə edib. Mallon deyib: "Apardığımız araşdırmalar göstərir ki, əgər qalıq yanacaqlardan tez bir zamanda imtina edilməzsə, böhran zamanı minlərlə xəstəxana bağlanacaq. Bu vəziyyət qlobal sağlamlığa mənfi təsir göstərəcək''.

Mallon xəstəxanalar üçün bu riski əhəmiyyətli dərəcədə azaltmağın   ən yaxşı yolunun emissiyaları azaltmaq olduğuna diqqət çəkdi.

 

 

Mənbə: TRT Haber



Әlaqәli Xәbәrlәr