Günümüzdə bir çox ölkədə yetişdirilən Anqora dovşanının Ankaradan aparıldığını bilirsinizmi?

Dünyada Anqora dovşanı olaraq bilinən Ankara dovşanı yumşaq və uzun tükləri ilə seçilir.

2063720
Günümüzdə bir çox ölkədə yetişdirilən Anqora dovşanının Ankaradan aparıldığını bilirsinizmi?

Günümüzdə bir çox ölkədə yetişdirilən Anqora dovşanının Ankaradan aparıldığını bilirsinizmi?

Günümüzdə bir çox ölkədə yetişdirilən Anqora dovşanının Ankaradan aparıldığını bilirsinizmi?

Dünyada Anqora dovşanı olaraq bilinən Ankara dovşanı yumşaq və uzun tükləri ilə seçilir. Bu növün mənşəyi Türkiyenin paytaxtı Ankaradır. Bu növ bütün dünyaya Ankaradan aparılıb. Tarixi mənbələrə görə, 1723-cü ildə Türkiyedə Anqora dovşanının nəsli tükənib. Eyni dövrdə Avropada fransız zadəganları arasında ən məşhur ev heyvanı Anqora dovşanı idi. Bu dövşan növü 1900-cü illərin əvvəllərində Amerikada məşhurlaşıb. Yüz illər sonra Almaniyada yaşayan bir Türkiye vətəndaşı tərəfindən Türkiyeyə gətirilən Anqora dovşanı vətəninə asanlıqla uyğunlaşaraq yenidən çoxalmağa başlayıb.

Anqora dovşanı ilk növbədə yunu, sonra isә əti üçün yetişdirilir. Yun istehsalı üçün yetişdirilən yeganə dovşan cinsi Anqora dovşanıdır. Hər dovşan ildə orta hesabla bir kq yun verir. Anqora dovşanının yunu yüksək izolyasiya xüsusiyyətlərinə malikdir, çox yüngül olmasına baxmayaraq, istiliyi yaxşı saxlayır və çox yumşaqdır. Bu xüsusiyyətlərinə görə daha çox parça, papaq, sviter, adyal, uşaq paltarları və xizək paltarlarının istehsalında istifadə olunur. Elektromaqnit xüsusiyyətlərinə görə revmatizm xəstələri üçün istehsal olunan xüsusi geyimlərin də əsas materialıdır. Səs dalğalarını çox yaxşı ötürmədiyi üçün aviasiya və kosmik sənayedə də istifadə olunur. Anqora dovşanının yunu qoyun yunundan səkkiz dəfə çox istilik verir və allergiyaya səbəb olmur.

Dünyada 10 min tona yaxın dovşan yunu istehsal olunur. Bu gün Anqora yununun əsas xammal mənbəyi təəssüf ki, onun vətəni Türkiye deyil, Çindir. Cənubi Amerika, Avstraliya və Avropada yetişdirilən  Anqora dovşanı vətənində yalnız bir neçə fermada yetişdirilir.



Әlaqәli Xәbәrlәr