Atatürkün Cümhuriyyət elan edilməzdən illər əvvəl Cümhuriyyəti qurmağa qərar verdiyini bilirsinizmi

Türkiye Cümhuriyyəti 100 illiyini qeyd edir.

2054266
Atatürkün Cümhuriyyət elan edilməzdən illər əvvəl Cümhuriyyəti qurmağa qərar verdiyini bilirsinizmi

Atatürkün Cümhuriyyət elan edilməzdən illər əvvəl Cümhuriyyəti qurmağa qərar verdiyini bilirsinizmi

Mustafa Kamal Atatürkün Cümhuriyyət elan edilməzdən illər əvvəl Cümhuriyyəti qurmağa qərar verdiyini bilirsinizmi?

Türkiye Cümhuriyyəti 100 illiyini qeyd edir.

Cümhuriyyət 1923-cü ilin 29 oktyabr tarixində elan edilib. Ancaq Mustafa Kamal Atatürk bu tarixdən illər əvvəl Cümhuriyyəti qurmağa qərar verib. Birinci Dünya Müharibəsinin sonunda məğlub sayılan Osmanlı İmperiyası ağır şərtlərlə dolu olan Sevr müqaviləsini imzalayıb və torpaqları işğal olunub. 1919-cu il mayın 19-da Samsunda türk xalqının qurtuluş mübarizəsinə başlayan Mustafa Kamal Atatürk qələbənin mütləq əldə ediləcəyinə inanırdı. Halbuki Qurtuluş Savaşı faktiki olaraq hələ başlamamışdı, hətta nizami türk ordusu belə yox idi.

1919-cu ilin iyulunda Ərzurumda qurtuluş savaşını planlaşdırmaq üçün qurultay keçirilib. Mustafa Kamal Atatürk bir axşam dostu Mazhar Müfit Kansuya qələbədən sonra idarə formasının cümhuriyyət olacağını deyir. Lakin o gün gələnə qədər bu sirr olaraq qalmalı idi. Aralarında olan yeganə sirr bu deyildi. Mustafa Kamal Atatürk həmin axşam geyim sahəsində də inqilab olacağını deyir. Bundan əlavə, əsrlər boyu istifadə edilən ərəb əlifbasından latın əlifbasına keçiləcəyini deyir.

Dörd il sonra müharibə türk xalqının qələbəsi ilə başa çatıb, Lozanna sülh müqaviləsi imzalanıb və sultanlıq sistemi ləğv olunub. 1923-cü il oktyabrın 28-i axşam Mustafa Kamal Alatüek dostlarına “Sabah Cümhuriyyəti elan edəcəyik”  deyib. Oktyabrın 29-da Türkiye Böyük Millət Məclisində Cümhuriyyət Bəyannaməsi qəbul edilib. Daha sonra gizli səsvermə yolu ilə prezident seçkisi keçirilib və 158 deputatın hamısı Mustafa Kamal Paşanı yeni türk dövlətinin ilk prezidenti seçib.

Yeni türk dövləti bütün dünyaya elan edildikdən sonra Mustafa Kamal Atatürkün illər əvvəl planlaşdırdığı digər addımlar da bir-bir atılıb. Təkcə geyim sahəsində deyil, təhsil, hüquq, mədəniyyət, iqtisadiyyat, qadınlara siyasi hüquqların verilməsi kimi ictimai həyatın bütün sahələrində çox sayda inqilablar edilib və latın əlifbasına keçilib. Beləliklə, Türkiye Cümhuriyyəti Mustafa Kamal Atatürkün hədəflədiyi dünyəvi, müasir və demokratik dövlət kimi dünya ölkələri arasında öz yerini tutub.



Әlaqәli Xәbәrlәr