Sıfır Tullantı Layihəsi qloballaşır

Əminə Ərdoğanın himayəsi altında həyata keçirilən Sıfır Tullantı Layihəsi qloballaşma yolunda əmin addımlarla irəliləyir.

2049211
Sıfır Tullantı Layihəsi qloballaşır

Sıfır Tullantı Layihəsi qloballaşır

Əminə Ərdoğanın himayəsi altında həyata keçirilən Sıfır Tullantı Layihəsi qloballaşma yolunda əmin addımlarla irəliləyir.

''Həyatın maraqlı anları'' proqramının bu günkü hissəsində Əminə Ərdoğanın himayəsi ilə həyata keçirilən Sıfır Tullantı Layihəsinin qloballaşmasından danışacağıq.

Türkiye Prezidenti Rəcəb Tayyib Әrdoğanın xanımı Әminə Әrdoğanın iştirakı ilә Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində Nyu Yorkdakı Türk Evində təşkil edilən ''Qlobal sıfır tullantı hərəkatına doğru'' adlı tədbirdə Sıfır Tullantı Layihəsinin qloballaşması istiqamətində atılan ilk addım olan Sıfır Tullantı Xoşməramlı Bəyannaməsi imzalanıb.

Tədbirə qatılan Surinam, Bosniya və Herseqovina, Seyşel adaları, Serbiya, Bolqarıstan, Litva, Zimbabve və Sierra Leone liderlərinin həyat yoldaşları da Sıfır Tullantı Xoşmәramlı Bəyannaməsini imzalayaraq sıfır tullantı könüllüləri oldular.

Prezident Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan çıxışında plastikdən istifadənin artmasına diqqət çəkərək, dünyada hər dəqiqə 1 milyard plastik butulkanın istifadə edildiyini və bu tullantıların böyük bir hissəsinin dənizlərə və okeanlara qarışdığını bildirib.

Hər il istehsal olunan 2 milyard ton məişət tullantısının 2050-ci ildə 4 milyard tona çatacağı ilə bağlı proqnozunu bölüşən Əminə Ərdoğan deyib: “İstehlak nisbətinin belə yüksək olması yalnız tullantı probleminə səbəb olmur, eyni zamanda təbii ehtiyatlarımızın tükənməsinə dә səbəb olur''

Әminə  Ərdoğan Türkiyedə tullantı mövzusunda başlatdıqları səfərbərlik hərəkatı ilә  6 ildə 650 min ton xammal istifadəsinin qarşısını alaraq dairəvi iqtisadiyyata töhfə verdiklərini bildirib.

Әminә Әrdoğan  bildirib ki, bu müddət ərzində 2 min futbol meydançası böyüklüyündə torpaq və 2 milyondan çox ailənin illik su ehtiyacına bərabər olan su mənbəyi qorunub.

Әminə Ərdoğan Türkiyedəki nailiyyәtlәrin dünyada baş verən tendensiyanın qarşısını almaq üçün kifayət etmədiyini, xüsusilə dünyanı çirkləndirən ölkələrin bu cür addımlar atmasının vacibliyinə  diqqət çəkib.

Bununla əlaqədar olaraq, BMT Baş Assambleyasının 77 sessiyası zamanı BMT Baş katibi Antonio Quterreşlə  xoşməramlılıq bəyannaməsi imzaladıqlarını xatırladan Әminə  Ərdoğan deyib: “Biz bu bəyannaməni gələcək nəsillərə təmiz dünya buraxa bilmək üçün hazırladıq. Bu səbəbdən bəşəriyyəti bu transformasiyanın bir parçası olmağa dəvət edirik''.

Türkiyenin Paris İqlim Sazişinin tərəfi olduğuna diqqət çəkən Әminə Ərdoğan 2020-ci ilə qədər Yaşıl İqlim Fonduna köçürülməli olan 100 milyard dollarlıq öhdəliyin hələ də yerinə yetirilmədiyini vurğulayıb.

Әminə  Ərdoğan iqlim böhranının  beynəlxalq səmimiyyət və etibar sınağı olmağa davam etdiyini qeyd edib.

Türkiyenin iqlim dəyişikliyi ilə mübarizə və davamlı inkişaf planları çərçivəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasına təqdim etdiyi “Sıfır Tullantı” qərarı 2022-ci ilin 14 dekabr tarixində qəbul edilib. Beləliklə Prezident Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğanın himayəsi altında  həyata keçirilən Sıfır Tullantı Layihəsi BMT Baş Assambleyasının qərarı ilə dəstəklənib. BMT Baş Assambleyasının qərarı ilə 30 mart tarixi Beynəlxalq Sıfır Tullantı Günü elan edilib.

 

Mәnbә: TRT Xәbәr

 



Әlaqәli Xәbәrlәr