Suriyada yaşanan son olaylar

SETA – Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun araşdırmaçısı Can Acunun Suriyadakı olaylarla bağlı qələmə aldığı məqaləsi.

2037434
Suriyada yaşanan son olaylar

Suriyada yaşanan son olaylar

Suriyadakı vəziyyət bir müddətdir nisbətən sakit olsa da, son həftələrdə bölgədə bir sıra hadisə yaşanıb. Əvvəlcə Əsəd rejiminin nəzarətində olan bölgələrdə, xüsusən də Süveydə bölgəsində ardıcıl nümayişlər keçirildi, daha sonra Rejim qüvvələri ilə Rusiya hərbi hava qüvvələri İdlibə aviazərbələr endirdi, hazırda isə Deyr əz-Zor bölgəsindəki ərəb tayfaları terror təşkilatı PKK/YPG-yə qarşı  üsyan başladıb.
Bütün bu hadisələr ölkədəki mövcud status-kvonun davamlı olmadığını göstәrdi.

Suriyadakı vəziyyət bir müddətdir nisbətən sakit idi. Türkiyenin təsir dairəsində olan müxalif bölgələrdə, Rusiya və İranın dəstəyi ilə Rejimin nəzarətində olan bölgələrdə və ABŞ-ın himayəsində olan PKK/YPG terror təşkilatının nəzarəti altında olan bölgələrdə status-kvo hökm sürməyə başlamışdı.
Türkiye əhatəli hərbi əməliyyatlarını dayandırmışdı, Rejim müxalifləri  hədəf almırdı, PKK/YPG isə ABŞ-ın gözündəki əhəmiyyətini artırmağa və siyasi qazanc əldə etməyə çalışırdı. Lakin mövcud dinamika ölkənin demoqrafiyası, sosiologiyası və bölgədəki reallıqlarla üst-üstə düşmədi və hadisələr bir-birinin ardınca baş verməyə başladı.

İlk olaraq rejimin nəzarətində olan Dəməşq, Dəra və Latakiya bölgələrində ciddi nümayişlər keçirildi. Süveyda bölgəsi isə nümayşlərin mərkəzinə çevrildi.Azlıqların yaşadığı Druzi bölgəsində artan iqtisadi problemlər, Suriya lirəsinin dəyər itirməsi nümayişlərin alovlanmasına səbəb oldu.

İnfrastruktura və tikililərə ciddi ziyan dəyib, enerji və ərzaq  təhlükəsizliyi təmin oluna bilmir. Demək olar ki, fəaliyyət göstərən ekosistem artıq mövcud deyil. Livanda davam edən iqtisadi çətinliklər, Rusiyanın Ukraynada apardığı müharibə  Suriya rejimini daha da  çıxılmaz vəziyyətə düşürür. Rejim isə belə bir vəziyyətdə İdlibi hədəf alaraq hərbi qarşıdurmalarla gündəmi dəyişdirmək, mövcudluğunu və baş verənləri qanuniləşdirməyə çalışır.

Bu kontekstdə rejimə sadiq qüvvələr və Rusiya hava qüvvələrinin İdlibi bombalamağa başladığını, müxalifət qüvvələrinin isə təmas xəttlərində əks-hücumlarla cavab verməyə çalışdığını müşahidə etdik. Xüsusilə Cebel Zaviya bölgəsində şiddətli toqquşmalar və əks-hücumlar olub. Daha sonra Deyr əz-Zorda tayfalar üsyan etməyə başladı. Deyr əz-Zor ciddi enerji ehtiyatlarına malik şəhərdir. Suriya inqilabı ilə müxaliflərin nəzarətinə keçən bölgə daha sonra uzun müddət DEAŞ-ın işğalı altında olub. Şəhər son olaraq ABŞ-ın havadan və qurudan verdiyi dəstək ilə PKK-nın Suriya qolu YPG və ona tabe olan bəzi ərəb ünsürləri tərəfindən ələ keçirilmişdi. Deyr əz-Zor hazırda PKK/YPG, SDQ və onun muxtar Hərbi Şurasının nəzarəti altındadır. Bölgə həmçinin PKK-nın bölgədə qurmağa çalışdığı terror dövlətinin sərhədləri daxilində də yer alırdı. Söhbət sosioloji olaraq tayfaların nəzarətində olan və sərt insan tipologiyasına malik ərəb-sünni bölgəsindən gedir. Şəhərdə  Akaydat və Bekkara başda olmaqla Abid, Kulayin, Şammar, Zübeyd, Duleym, Cabur, Tayy, Ebu Saraya və El Rifai tayfaları öz mövcudluğunu davam etdirir. Şəhər Dəməşqdən 450 km, Türkiyedən isə təxminən 200 km məsafədə yerləşir.

Bölgə əhalisinin bundan əvvəl də dəfələrlə PKK-ya qarşı səfərbər olduğu hadisələr olub, lakin ilk dəfədir ki, bu böyüklükdə üsyan başlayıb. Qarşıdurmalar bölgədəki tayfaların nümayəndəsi və Hərbi Şuranın başçısı olan Əbu Havlenin PKK/YPG tərəfindən toplantıya dəvət edilərək saxlanılmasından sonra daha da şiddətlənib. Ərəb tayfalarına tabe olan silahlı qüvvələr bir çox kənd və qəsəbələrdən PKK/YPG terrorçularının  çıxarılmasına nail olub. PKK-nın hökmranlığı altında yaşamaq istəməyən bölgə xalqı bu üsyanı ümumiyyətlə dəstəkləyib.

Qarşıdurmalarda hər iki tərəf çox sayda itki verdi. Türkiyenin təsir dairəsində olan bölgələrdə yaşayan müvafiq tayfa üzvləri də prosesə dəstək verərək PKK/YPG-yə qarşı hücumlara başlayıblar. ABŞ-ın tərəf tutmadığını və vasitəçi rolunu oynamağa çalışdığını söyləyə bilərik.

PKK/YPG-yə tabe olan ünsürlərin hələlik tayfa qüvvələrinin qarşısını aldığını, lakin aparılan danışıqlarda PKK/YPG-nin Deyr-əz-Zor kimi bölgələrdə tayfalara daha çox muxtariyyət verilməsi istiqamətində güzəştə getdiyi görünür. Bir şeyi vurğulamaq lazımdır ki, son üsyan bir daha göstərdi ki, PKK/YPG ABŞ-ın verdiyi bütün dəstəyə baxmayaraq bölgədə davamlı bir sistem qura bilməyib və buna ən böyük maneə demoqrafiyadır.

Suriyada qarşıdurmaların, sosial  hadisələrin yenidən başladığını müşahidə edirik. Ölkədə etnik və məzhəb quruluşlarına uyğunlaşacaq, demoqrafik və sosioloji reallıqlara uyğun siyasi sistem və nizam qurulmadan Suriyada sülh və sabitliyin əldə olunması mümkün görünmür. Təəssüf ki, hazırda ölkənin gələcəyi ilə bağlı nikbin proqnoz vermək mümkün deyil.



Әlaqәli Xәbәrlәr