Latın Amerikasında yaşayan “El Turcolar” uğurları ilə ölkələrini qürurlandırır

''Həyatın maraqlı anları'' proqramının bu günkü hissəsində Latın Amerikasında Osmanlı nəslindən olan “El Türkolar”ın  əldə etdiyi uğurlardan bəhs edəcəyik.

2027959
Latın Amerikasında yaşayan “El Turcolar” uğurları ilə ölkələrini qürurlandırır

Latın Amerikasında yaşayan “El Turcolar” uğurları ilə ölkələrini qürurlandırır

Latın Amerikasında yaşayan “El Turcolar” uğurları ilə ölkələrini qürurlandırır.

19-cu əsrdə Osmanlı İmperiyasından Latın Amerikasına köç edən və El Turco (türk) olaraq adlandırılan  bir çox Osmanlı bu gün həmin ölkələrdə siyasətdən biznesə, sənətdən ədəbiyyata qədər bir çox sahədə əhəmiyyətli uğurlar qazanıb.

''Həyatın maraqlı anları'' proqramının bu günkü hissəsində Latın Amerikasında Osmanlı nəslindən olan “El Türkolar”ın  əldə etdiyi uğurlardan bəhs edəcəyik.

1860-cı ildən Birinci Dünya Müharibəsinin sonuna qədər Osmanlı İmperiyasından Latın Amerikasına müxtəlif köç dalğaları yaşanıb.

Bu gün Türkiye, Suriya, Livan, İsrail, İordaniya, Fələstin və Misiri əhatə edən, qərbdə Aralıq dənizi, şərqdə Mesopotamiya ilə həmsərhəd olan Levant bölgəsindən çox sayda adam köç edib.

Lakin II Dünya müharibəsi daha çox insanı Latın Amerikasına köç etməyə məcbur edib.

Azadlıq heykəlini görmək ümidi ilə ABŞ-a yola düşən bir çox mühacir Rioda Xilaskar Məsih heykəli tərəfindən qarşılanıb.

Amerika qitəsinə daha yaxşı gələcək ümidi ilə gedən mühacirlər Osmanlı təbəələri olduqları üçün bölgədə "türklər''  mənasına gələn "Los Turcos", "El Turco"  adlandırılıblar.

Bəzi ərəblər, yəhudilər və ermənilər "Los Turcos" kimi adlandırılmalarına  etiraz etsələr də, bu ifadə Latın amerikalılar tərəfindən hələ də istifadə olunur.

Bundan əlavə, Osmanlı İmperiyası ilə bəzi Latın Amerikası ölkələri arasında diplomatik və konsulluq əlaqələri də eyni dövrdə qurulub.

Açıq mənbələrdə Latın Amerikasının 19-cu əsrdə Osmanlı pasportu ilə bölgəyə gələn, əksəriyyəti ərəb olmaqla  təxminən 30 milyon türkə ev sahibliyi etdiyi bildirilir.

Siyasətdən biznesə, sənətdən ədəbiyyata qədər bir çox sahədə uğurlar əldə edən ''El Turco''lar bu gün çoxlarının arzuladığı mövqedədirlәr.

Məsələn Latın Amerikasındakı üç ölkənin prezidenti Osmanlı nəslindəndir.

''El Turco''lar nəslindən olanlar regionun siyasətində, bürokratiyasında və iş dünyasında, eləcə də ticarətdə əsas mövqelərə malikdirlər.

Osmanlı nəslindən olanlar Argentina, Braziliya, El Salvador, Dominikan Respublikası, Ekvador, Paraqvay və Braziliyada siyasətdə söz sahibi olublar.

Bunların hazırkı nümunələri arasında El Salvador Prezidenti Nayib Bukele, Paraqvay Prezidenti Mario Abdo Benites və Dominikan Respublikasının Prezidenti Luis Abinaderdir.

Digər tərəfdən, 2016-2018-ci illərdə Braziliya prezidenti olmuş Livan əsilli Mişel Temer, Livan əsilli Ekvadorun 41-ci prezidenti Camal Mahuad və 1989-1999-cu illərdə Argentinanın prezidenti olmuş suriya əsilli Karlos Menem də  ailələri ilə Osmanlı İmperiyasından köçmüş mühüm siyasətçilərdir.

Ticarət və siyasətlə yanaşı, bir çox Osmanlı əsilli Latın amerikalı da mədəniyyət, elm, idman, ictimai və incəsənət sahələrində mühüm nailiyyətlər əldə edərək dünya səviyyəsində tanınıblar.

Bunlardan biri 16-cı Qremmi mükafatının sahibi kolumbiyalı müğənni Şakira və aktrisa, rejissor və prodüser Salma Hayekdir.

Forbes jurnalının məlumatına əsasən, dünyanın 8-ci ən varlı adamı olan Karlos Slim və braziliyalı yazıçılar Raduan Nassar və Milton Hatoum və argentinalı aktyor Rikardo Darin də Osmanlı nəslindəndirlər.

Digər tərəfdən, Latın Amerikasının demək olar ki, hər bir ölkəsində Osmanlı təbəələrindən olan mühacir icmaları tərəfindən idarə olunan mədəni və ya ictimai təşkilatlar var.

Bu təşkilatların ən parlaq nümunəsi təxminən yarım milyon Fələstin əsilli insanın  üzv  olduğu Çilidəki Fələstin-Çili icmasının “Palestino” adlı 103 yaşlı peşəkar futbol komandasıdır.



Әlaqәli Xәbәrlәr