Türkiyenin əhəmiyyətli sənaye şəhərlərindən Zonguldak

Bu ixtira ilə Sənaye İnqilabı adlı dövr başlayıb...

2026021
Türkiyenin əhəmiyyətli sənaye şəhərlərindən Zonguldak
kömür maden

Türkiyenin əhəmiyyətli sənaye şəhərlərindən Zonguldak

Kapitanın səyahət dəftəri rubrikamızda xoş gördük sizləri istəkli dinləyicilər. Qara dənizdə səyahətimizə davam edirik. Sizinlə bugünkü səyahətimiz təxminən iki əsr əvvəl, buxar maşınının icad edildiyi vaxtdan başlayacaq. Bu ixtira ilə Sənaye İnqilabı adlı dövr başlayıb. Buxar maşınları kömür mədənlərindəki suyun təhlükəsiz şəkildə boşaldılmasını təmin edir ki, daha çox kömür çıxarılsın və kömürü olan ölkələr bütün sahələrdə sürətlə inkişaf edirdi. Artıq qatarlar, gəmilər və buxarla işləyən fabriklər var idi. Neft bugünkü dünya üçün vacib olduğu kimi, kömür də 1800-cü illərdə o qədər vacib idi. Qara dənizi gəzərkən bu tarixi məlumatın haradan gəldiyi ilə maraqlananlar var. Bu gün səfərimizə Sənaye İnqilabı ilə başladıq, çünki marşrutumuz Zonguldak şəhəridir. Zonguldak Türkiyenin əhəmiyyətli sənaye şəhərlərindən biridir. Qara dənizdə yerləşən bu şəhər kömür mədənləri baxımından zəngin yataqlara malikdir və kömür həm şəhərin, həm də ölkənin iqtisadiyyatına böyük töhfə verir. Ona görə də bu gün gəzəcəyimiz Zonguldak sənaye şəhəri kimi tanınır.

Zonquldak limanı gördüyünüz digər limanlardan fərqli görünə bilər, çünki bayaq qeyd etdiyimiz kimi bura sənaye şəhəridir. Limanda kömürün yükləndiyi gəmilər, müxtəlif növ yükləri daşıyan yük gəmiləri, kranlar var. Kömür şəhərin hər yerində özünü göstərir.

Osmanlı İmperatorluğu dövründə ilk dəfə Zonquldakda kömür hasil edilib və “qara almaz” adlandırılıb. Ancaq şəhərdə kömür daşınması üçün liman yox idi. Limanın tikintisi Osmanlı İmperiyası dövründə həyata keçirilib. Lakin liman çətinliklə tikilib, çünki Qara dənizin güclü dalğaları və tufanları limanın tikintisi davam edərkən onu bir neçə dəfə yıxıb. Liman tikildikdən sonra şəhərin əhalisi artıb, xarici ölkələrlə kömür ticarəti başlayıb və Zonguldak sürətlə inkişaf edib.

Biz "Səyahət" adlanan qayığımızı lövbər salıb, şəhəri gəzməyə başlayacağıq. Limanda dənizdə gördüyünüz bu görkəmli abidəvi tikili Şarjöman adlanır. "Şarjöman" adını "yükləmə" mənasını verən fransız sözündən götürüb... Mədəndən gətirilən kömürün yük gəmilərinə yüklənməsi məqsədi ilə tikilmişdir. Bu tikili yüz əlli ildən çoxdur ki, duzlu suya məruz qalır. Buna baxmayaraq, hazırda da sağlamdır və bir dövrün şahidi kimi bizi limanda qarşılayır.

Zonguldak Türkiyenin kömür və əməyin paytaxtı kimi tanınır. Ona görə də şəhərdə kömür, mədən və mədənçilər əhəmiyyətli yer tuturlar. Kömür bütün dünyada böyük səylə və çətin şəraitdə hasil edilir. Kömür mədənlərində işləmək çox çətindir. Zonguldakda mədənlərdəki iş şəraiti, daş kömürün yeraltı istehsal prosesi və istifadə olunan alətlərin sərgiləndiyi bir muzey var. Zonguldak Mədən muzeyi Türkiyenin ilk və tək mədən muzeyidir! Muzeydə mədəndə istifadə edilən rabitə vasitələri, keçmişdən günümüzə mədənlərdə istifadə olunan alətlər, kömür və qalıq növlərinə aid nümunələr var. Və burada bir sürpriz də gözləyir. Ziyarət edən hər kəsi həyəcanlandıran, onlara fərqli duyğular yaşadan “canlı muzey” adlı başqa bölməyə daxil oluruq. Lift simulyasiyası ilə mədənçilərin hər gün istifadə etdiyi oxşar liftə minilir. Bu simulyasiya yüzlərlə metr yerin altına enmək hissi verir. Liftdən çıxanda qarşılayan bu hissə əsl mədəndir! Təlim məqsədilə istifadə edilən bu mədəndə mədənçilərin yeraltı iş və yaşayış şəraitinin yaxından şahidi olunur. İnsan həyəcan hissi keçirir.

Zonguldak kömür və mədənlərlə eyniləşən şəhər olsa da, təbii gözəllikləri ilə danışılmağa layiqdir, lakin bu gün vaxtımız yoxdur. Növbəti proqramımızda sizinlə Zonguldak şəhərini gəzməyə davam edəcəyik.



Әlaqәli Xәbәrlәr