Yeraltı sularından həddindən artıq istifadə yer oxunun meylini dəyişdirir

Bu günkü proqramımızda yer oxunun meylinin dəyişməsinə səbəb olan yeraltı sularından həddən artın istifadə edilməsi məsələsini qiymətləndirəcəyik.

2021668
Yeraltı sularından həddindən artıq istifadə yer oxunun meylini dəyişdirir

Yeraltı sularından həddindən artıq istifadə yer oxunun meylinin dəyişməsinə səbəb olub.

Mütəxəssislər bu dəyişikliyin nəticələrinin iqlim dəyişikliyinə təsir göstərmədiyini, ancaq iqlim dəyişikliyinə görə yeraltı sularından həddindən artıq istifadənin yer oxunun meylinin dəyişməsinə səbəb olduğunu bildirir.

Bu günkü proqramımızda yer oxunun meylinin dəyişməsinə səbəb olan yeraltı sularından həddən artın istifadə edilməsi məsələsini qiymətləndirəcəyik.

Mütəxəssislər yer oxunun meylinin dəyişməsinin iqlim dəyişikliyinə təsir etmədiyini bildirir.

Yeraltı sularından həddindən artıq istifadənin yer oxunun meylinin dəyişməsinə səbəb olduğunu ortaya qoyan araşdırmanın rəhbəri və Seul Milli Universitetinin Yer Elmləri Fakültəsinin əməkdaşı professor Ki Veon Seo deyib: ''Bu dəyişikliyin nəticələri iqlim dəyişikliyinə təsir göstərmir, lakin iqlim dəyişikliyinə görə yeraltı sularından həddindən artıq istifadə bu dəyişikliyin yaşanmasına təsir göstərə bilər''.

Cənubi Koreya, Avstraliya, Çin və ABŞ-ın bir sıra universitetlərinin akademikləri 1993-2010-cu illər arasında qütb hərəkətləri ilə bağlı iqlim modellərindən əldə olunan məlumatları təhlil ediblər.

Müəyyən edilib ki, bu illər ərzində yerdən ümumilikdə 2,15 giqaton su çıxarılıb ki, bu da dəniz səviyyəsinin 6,24 millimetr yüksəlməsinə səbəb olub.

Araşdırmada tədqiqatçılar dünyada suyun paylanmasına təsir edən qütb və dağ buzlaqlarının əriməsi kimi məlum faktorlarla yanaşı, insan fəaliyyətinin də yeraltı sularında yaşanan azalmaya təsir etdiyini ortaya qoyublar. 

Tədqiqata rəhbərlik edən Ki Veon Seo Anadolu Agentliyinə verdiyi müsahibədə araşdırmada qeyd olunan dəyişikliyin daha çox məlum olan coğrafi qütblərlə bağlı olmadığını, qütb hərəkəti ilə əlaqəli olduğunu vurğulayıb.

Yaşanan bu hərəkətin çox kiçik bir dəyişiklik olduğunu bildirən Ki Veon Seo  deyib: “20 ildə azı 1 metrlik dəyişiklikdən danışırıq, bu çox kiçik bir təsirdir''.

Yeraltı suyunun bu qədər azalmasının səbəblərindən birinin iqlim dəyişikliyinə görə su ehtiyatlarının azalması nəticəsində insanların daha çox yeraltı sulara üz tutması olduğunu qeyd edən Ki Veon Seo bu baxımdan iqlim dəyişikliyinin qütb hərəkətlərinə dolayı təsir göstərdiyini söyləyib.



Әlaqәli Xәbәrlәr