Dərmanı necə qəbul etmək lazımdır?
Mətni doktor Mehmet Uçar hazırlayıb, Sevda Mirzə oxuyub təqdim edir
Yaxşı müalicə effektivliyi almaq üçün dərmanları necə qəbul etmək lazımdır?
Dərmanın necə udulmasında içilən sudan tutmuş yatmaq vəziyyətinə qədər bir çox amillər vacibdir. Bu, bədənin həbin nə qədər müddətə təsir edəcəyini ortaya qoyur.
Yaxşı müalicə effektivliyi almaq üçün dərmanları necə qəbul etmək lazımdır? Dərman mədədə deyil, nazik bağırsaqdakı barmağa bənzər çıxıntılar və onun üzərindəki hüceyrələrlə udulur, 200 m2-dir, yəni böyüdülmüş şəkildə desək, təxminən iki futbol meydançası boyda. Əlbəttə ki, bu ümumiləşdirməyə uyğun gəlməyən nadir dərmanlar da var.
Mədənin tərkibi bədəndəki ən asitik bir mühitdir. Asitli dərmanlar burada həll olunur və sorulur. Bu səbəbdən bu tip dərmanların acqarına qəbulu son dərəcə zərərlidir.
Dərmanı udarkən nə vaxt qəbul etdiyinizə də diqqətli olun.
Duruş niyə dərmanın udulmasına təsir edir? Dərmanların sorulmasında mədə daralması və boşalması mühüm rol oynayır. Mədənin bir hissəsi qidanın yığıldığı yerdir, sola əyildikdə qatlanır və boşalır. Şəkər kimi bəzi xroniki xəstəliklər mədənin daralmasını ləngidir, gec boşalmasına, qida və dərmanların qana gec keçməsinə səbəb olur. Sağ tərəf üstə yatan adamda mədədəki maddələr nazik bağırsağa keçərək orada tez sorulur. Ayaq üstə və hərəkət halındaykən qəbul edilən dərmanlar və qidalar mədənin yığılması sürətli olduğu zaman daha tez sorulur. Yəni mədənin yığılması və boşalması nə qədər tez olarsa, qısa müddətdə nazik bağırsağa keçən dərmanlar da bir o qədər tez həll olur. Ona görə də dərman qəbul etdikdən sonra hərəkət etmək, dik vəziyyətdə qalmaq və ya sağ tərəf üstə uzanmaq lazımdır.
Dərmanlar maye, qranul, toz, kapsul və tablet şəklində olur. Molekulunun ölçüsü, suda və ya yağda həll olunma qabiliyyəti, turşu olub-olmaması dərmanın sorulmasına təsir göstərir. Xüsusilə, hələ də kapsul həbləri necə udmağı bilməyən adamlar var. Dərmanı kapsuldan çıxarıb tozunu içmək doğru deyil. Çünki dərmanın şəkli onun təsiredici maddəsinin xüsusiyyətlərinə görə düzəldilir. Məsələn, asitli mühitdə məhv ola biləcək dərman mədədən keçəcək şəkildə kapsula tökülür, mədə turşusundan təsirlənən və tez sorulmalı dərmanlar isə həb şəklində hazırlanır. Ona görə də dərman olduğu şəkildə qəbul edilməlidir.
Həb ən doğru şəkildə necə udulmalıdır? Dərman əsasən bol su ilə qəbul olunmalıdır. Bol su böyrəklərin zədələnməsinin qarşısını alır. Daha da mühümü, bəzi dərmanların həzm sisteminə yapışdığını, yemək borusuna yapışaraq zərər və xoralara səbəb olduğunu bilirik. Bu tip dərmanların yemək borusuna yapışmaması üçün bol su ilə udulmalıdır.
Həkimin dərmanların necə qəbul edəcəyi ilə bağlı tövsiyyəsi son dərəcə vacibdir və onlara əməl edilməlidir.
Dərmanları təhlükəsiz qəbul etməyinizə yardım olacaq bəzi məsləhətlər:
• Dərmanın bütün etiketini oxuyun və təlimata əməl edin. Daha çox kömək edəcəyini düşünərək yüksək doza almayın. Bu, çox təhlükəli, hətta ölümcül ola bilər.
• Dərmanları vaxtında qəbul edin. Bunun üçün yeməkdən və ya yatmazdan əvvəl dərmanı xatırlatma tədbirləri görə bilərsiniz.
• Səhv etməmək və qarışıq salmamaq üçün dərmanı qaranlıqda deyil, işıqda qəbul edin.
• Reseptinizdə ər hansı bir problem varsa, dərhal həkiminizdən soruşun.
• Həkimin sizə dediklərini doğru başa düşmək və ya xatırlamaq üçün dostunuzu və ya qohumunuzu həkimin görüşünüə özünüzlə apara bilərsiniz.
• Dərmanı dayandırmazdan əvvəl yoxlayın. Reseptli dərmanlar qurtarana qədər qəbul edilməli və ya həkim məsləhəti ilə dayandırılmalıdır.
Bunu unutmayın: dərman yalnız lazım olduğu zaman qəbul edilməlidir.