Bodrumda 20 ildir balet festivalının keçirildiyini bilirsinizmi?

Türkiyenin ən əhəmiyyətli turizm mərkəzlərindən biri olan Bodrumda 20 ildir balet festivalının keçirildiyini bilirsinizmi?

2017339
Bodrumda 20 ildir balet festivalının keçirildiyini bilirsinizmi?

Türkiyenin ən əhəmiyyətli turizm mərkəzlərindən biri olan Bodrumda 20 ildir balet festivalının keçirildiyini bilirsinizmi?
Bu il 20-ci dəfə təşkil edilən Beynəlxalq Bodrum Balet Festivalı Türkiyenin ilk və yeganə balet festivalıdır. Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Opera və Balet Baş İdarəsi tərəfindən və Bodrum Bələdiyyəsinin töhfələri ilə təşkil edilən festival hər ilin avqust ayında Bodrumun simvolu hesab edilən Bodrum qalasındakı Şimal Xəndək səhnəsində keçirilir. Dövlət Opera və Balet Baş İdarəsi özünün bədii keyfiyyətinə, zəngin repertuarına, milli və beynəlxalq sənət arenasındakı uğurlarına əsaslanaraq 2003-cü ildən bu yana hər il  bu festivalı böyük sevgi və intizamla təşkil edir. Dünyada çox nadir, Türkiyedə isə yeganə olan bu festival ildən-ilə böyük maraq və həyəcanla izlənilir, Bodrumun gözəlliklərinə rəng qatır. Bir çox ölkədən və müxtəlif mədəniyyətlərdən olan sənətsevərlər festivalda  balet və müasir rəqs əsərlərini izləmək imkanı əldə edirlər.
Dövlət Opera və Balet Baş İdarəsi Beynəlxalq Bodrum Balet Festivalı ilə yanaşı, Türkiyenin digər əhəmiyyətli turizm mərkəzlərində təşkil etdiyi festivallarla bir çox ölkədən gələn sənətsevərlərə tarixi məkanlarda yüksək səviyyəli bədii tədbirlər təqdim edir. Bunlar İstanbulda, Efes Antik Şəhərində və Antalyadakı Aspendos Antik Teatrında təşkil edilən opera və balet festivallarıdır. Bu mühüm beynəlxalq festivallar dünya mədəniyyətinin başladığı Anadolu torpaqlarına yeni dəyərlər qatır.



Әlaqәli Xәbәrlәr