Buzlaqların əriməsi meşə yanğınlarının artmasına səbəb olur

Proqramımızda əriyən buzlaqların ekosistemə olan təsirlərini qiymətləndirəcəyik.

2016057
Buzlaqların əriməsi meşə yanğınlarının artmasına səbəb olur

Buzlaqların əriməsi meşə yanğınlarının artmasına səbəb olur

Buzlaqların əriməsi meşə yanğınlarının artmasına səbəb olur.

Mütəxəssislər iqlim dəyişikliyi səbəbindən əriyən buzlaqların istiləşməni daha da artırdığını,ekstremal hava hadisələrinin, quraqlıq və  meşə yanğınlarına səbəb olduğu ilə əlaqədar xəbərdarlıq edir.

Proqramımızda əriyən buzlaqların ekosistemə olan təsirlərini qiymətləndirəcəyik.

Günəş şüalarının təxminən 80 faizini əks etdirərək dünyanın həddindən artıq istiləşməsinin qarşısını alan qütb buzlaqlarının əriməsini sürətləndirir və hidrometeoroloji tarazlığa təsir edərək ekstremal hava hadisələrinin sayını artırır. Temperaturun artması, quraqlıq, yağıntı rejiminin dəyişməsinə və daha quru və güclü küləklərlərin əsməsinə səbəb olaraq meşə yanğınlarının artmasında mühüm rol oynayır.

Boğaziçi Universitetinin İqlim Dəyişikliyi və Araşdırma Mərkəzinin idarə heyətinin üzvü professor Murat Türkeş bildirib ki, qütb buzlaqları,  kontinental buzlaqlar, buzlaq qalxanları, dəniz buzlaqları, yüksək dağlardakı alp vadisi buzlaqlarından ibarət olan buz sferası iqlim sistemini təşkil edən komponentlərdən biridir.

Buzlaqların öz mövcudluğunu davam etirə bilməsi üçün qarın bir müddət yerdə qalmasına və dağlardakı buzlağın ətrafında qalmasına imkan verən bir iqlimin olmasına ehtiyac olduğunu ifadə edən Murat Türkeş deyib: "Problem buradan başlayır. Son 50 ildə dünyanın bir çox yerlərində buzlaqların həcmi və sahəsi kiçilir, çünki iqlim getdikcə isinir, qar  az yağır, hətta qar yağsa belə, havanın temperaturu sürətlə yüksəlir, ona görə də buzlaqlar qidalanmır. Türkiyədə də belədir. Əgər buzlaqlar əriməyə damam etsə növbəti əsrdə qütbdəki vә dünyadaki temperatur 10 dərəcə yüksələcək. Bu Türkiyedə tropikal şəraitin indikindən qat-qat isti olacağı mənaya gəlir''.

İstilik və quraqlığın kənd təsərrüfatında ciddi böhrana, kənd təsərrüfatı məhsuldarlığının sürətlə azalması, su ehtiyatlarının azalması və meşə yanğınlarının artmasına səbəb olacağını vurğulayan professor Murat Türkeş yanğın riskinin payız aylarında belə yaşana biləcəyi ilə əlaqədar xəbərdarlıq edib.

Böyük meşə yanğınlarının on minlərlə il ərzində formalaşan yaşayış mühitini pozduğuna diqqət çəkən Murat Türkeş sözlərinə belə davam edib: "Meşələr karbon yuvası olduğu halda, yanan zaman karbon qazı da atmosferə buraxılır. Bundan əlavə, meşələrin yox olması su ehtiyatlarının azalması deməkdir. Daha isti, buxarlanmanın sürətli şәkildә yayıldığı və hidroloji dövrün gücləndiyi bir dünyada iqlim dəyişikliyi, təbii fəlakətlər və daşqınların sayı artacaq. İqlim dəyişikliyinin qarşısı alınmasa bu gün müşahidə olunan fəlakətlərin sayı artacaq və biz əsrin sonuna qədər ən pis ssenari ilә üzlәşәcәyik’’.

İstanbul Cerrahpaşa Universitetinin Meşə fakültəsinin müəllimi professor Yusuf Serengil qeyd edib ki,  qütb buzlaqlarının әrimәsi meşə yanğınlarına birbaşa təsir göstərməsə də, fəsillərə ciddi tәsir göstәrir.

Temperatur artdıqca buxarlanmanın da artdığına diqqət çəkən Yusuf Serengil deyib: "Ona görə də quraqlıq dövrü yaşanır. Quraqlıq, buxarlanma və temperatur müqayisə edilir. Burada kritik olan ümumi buxarlanmanın artmasıdır ki, bu da əlavə stress mənbəyidir. Yayda temperaturun artması təkcə meşə yanğınlarına deyil, həm də çaylarımızın qurumasına sәbәb olur’’.

İqlim dəyişikliyinin meşə yanğınlarının yaranmasında kritik faktor olduğunu qeyd edən professor Yusuf Serengil deyib: "Yanğın mövsümü mayın sonunda başlayır və sentyabrın sonuna qədər davam edir. Daha mülayim qış ayları bizim üçün yanğın mövsümünü uzadır''.

Yusuf Serengil qütb buzlaqlarının əriməsi ilə sistemə daha çox suyun daxil olduğunu, günəşdən gələn artıq enerji ilə sistemin sürətləndiyini, daha sürətli bir dövranın meydana gəldiyini və nəticədə daha qısa müddətdə daha çox güclü yağış görmə ehtimalının artdığını bildirib.

Professor  Yusuf Serengil deyib: "Türkiyedə qarşıdakı 10 ildə çox ciddi bir quraqlıq gözləyirəm''.



Әlaqәli Xәbәrlәr