Lozanna müqaviləsinin uzun illər qüvvədə olan yeganə sülh müqaviləsi olduğunu bilirsinizmi?

Lozanna sülh müqaviləsinin I Dünya müharibəsini sona çatdıran və uzun illər qüvvədə olan yeganə sülh müqaviləsi olduğunu bilirsinizmi?

2015096
Lozanna müqaviləsinin uzun illər qüvvədə olan yeganə sülh müqaviləsi olduğunu bilirsinizmi?

Lozanna sülh müqaviləsinin I Dünya müharibəsini sona çatdıran və uzun illər qüvvədə olan yeganə sülh müqaviləsi olduğunu bilirsinizmi?

I Dünya müharibəsindən sonra məğlub olan Osmanlı İmperiyası müstəqilliyini itirdi və torpaqları işğal edildi. Lakin türk xalqı öz ərazi bütövlüyü və milli müstəqilliyi uğrunda mübarizə apardığı İstiqlal Müharibəsində qәlәbə qazandı. Türk xalqının çox haqlı və əsaslı səbəblərə görə apardığı bu fövqəladə mübarizə 1922-ci ilin payızında Böyük Zəfərlə hərbi cəhətdən başa çatdı. İndi bu nəticəni bütün dünya tanımalıdır.

Sülh Konfransı 20 noyabr 1922-ci ildə İsveçrənin Lozanna şəhərində keçirildi. Konfransda Türkiye dövlətini təmsil edən İsmət Paşa rəhbərliyindəki nümayəndə heyəti istiqlal və suverenlik məsələsini vurğulayaraq bütün sivil xalqlar kimi hürriyyət və istiqlal istədiklərini ifadə etdi. Lozanna müqaviləsinin yazılması üçün keçirilən bu konfrans 8 ay davam etdi. 24 iyul 1923-cü ildə Türkiye dövləti, Böyük Britaniya, İtaliya, Fransa, Rusiya, Yuqoslaviya, Belçika, Portuqaliya, Rumıniya, Yunanıstan, Yaponiya və İtaliya nümayəndələri arasında Lozanna sülh müqaviləsi imzalandı.

Müqavilədə “dövlətlərin müstəqilliyinə və suverenliyinə hörmət” ifadəsi  xüsusi vurğulanıb. Tərəflər qarşılıqlı razılaşmalar və vədlər verdikləri üçün Lozanna sülh müqaviləsi qüvvədə qaldı. Lozanna müqaviləsinin mətnində onun 2023-cü ildə və ya başqa bir tarixdə başa çatacağına dair maddə yoxdur. Müqavilənin qüvvədə qalmasında Türkiye dövlətinin sülhsevər yanaşması da böyük rol oynayır. Atatürkün “Yurtda sülh, dünyada sülh” prinsipinə sadiq qalaraq Lozanna sülh müqaviləsinin bütün maddə və müddəalarına əməl etmək sülhün davamlılığını təmin edir.



Әlaqәli Xәbәrlәr