Prezident Ərdoğanın Körfəz ölkələrinə səfəri

SETA – Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun araşdırmaçısı Can Acunun “Prezident Ərdoğanın Körfəz ölkələrinə səfəri”  başlıqlı mәqalәsi.

2014022
Prezident Ərdoğanın Körfəz ölkələrinə səfəri

Həftənin Analizi-47

Prezident Ərdoğan seçki zəfərlərindən sonra ilk günlərdə xarici siyasətdə NATO-ya diqqət yetirərkən, sonra isə, çoxdan gözlənilən və Türkiyenin iqtisadi və siyasi mövqeyi kontekstində çox əhəmiyyətli təsirləri olacağı nəzərdə tutulan Körfəz ölkələrinə səfərini reallaşdırdı. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətərə səfər edən Ərdoğan geniş tərkibli nümayəndə heyətləri ilə çox mühüm razılaşmalar imzaladı. Bu səfərin və imzalanan razılaşmaların Türkiyenin strateji və iqtisadi gücünü artıracaq mühüm bir prosesin başladığını söyləmək olar.

Prezident Ərdoğan 3 günlük Körfəz ölkələrinə səfəri çərçivəsində 3 ölkədə oldu. Səfərin gündəliyində regional hadisələrlə yanaşı, hərbi, siyasi və iqtisadi əlaqələr öz yerini aldı. Prezidentin ilk dayanacağı Səudiyyə Ərəbistanı oldu. Ərdoğan Kral Salman bin Əbdüləziz Əl Səudla yanaşı vəliəhd şahzadə Məhəmməd bin Salamla görüş keçirdi. Səudiyyə Ərəbistanı-Türkiye İş Forumunda iştirak edən Ərdoğan mühüm hərbi, siyasi və iqtisadi müqavilələr imzaladı. Xüsusilə Türkiyenin ən əhəmiyyətli SİHA istehsalçısı "Baykar" şirkəti ilə Səudiyyə Ərəbistanı arasında yeni nəsil SİHA-lar olan "Akıncı"ların da daxil olduğu satış, təlim və ortaq istehsal müqavilələri imzalandı. "Bayrak" şirkətinin rəhbəri Haluk Bayraktar açıqlamasında bu müqavilənin Türkiye Müdafiə Sənayesinin bir həmlədə ən böyük razılaşma olduğunu bildirdi. Yenə Ərdoğanın heyətində olan nazirlər müvafiq həmkarları ilə mühüm müqavilələr imzaladılar.

Ərdoğan Səudiyyə Ərəbistanına səfərindən sonra Qətərə getdi və Qətər əmiri Əl Tani ilə görüşdü. Prezident Dohada keçirilən Qətər-Türkiye Biznes Forumunda da iştirak edərək çıxış etdi. Qətərlə də bir sıra yeni müqavilələr imzalandı.

Ərdoğanın son dayanacağı çərşənbə günü Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) oldu. BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayedlə görüş keçirən Ərdoğan Əbu-Dabidə keçirilən BƏƏ-Türkiye İş Forumunda iştirak etdi. Rəsmi bəyanatlara görə, Türkiye ile BƏƏ arasında 50,7 milyard dollarlıq müqavilələr imzalandı. BƏƏ-nin Türkiyedə zəlzələ ilə əlaqədar yenidənqurma prosesinin maliyyələşdirilməsində istifadə olunacaq qaynaqlarla təmin edilməsi ilə yanaşı, müdafiə sənayesi, nəqliyyat, səhiyyə, infrastruktur və turizm kimi bir çox mövzuda yüksək həcmli müqavilələr imzalandı. Görünən odur ki, BƏƏ-nin Türkiyeyə mühüm sərmayələr qoyması qərara alınıb: BƏƏ-nin, xüsusilə "Baykar" şirkəti başda olmaqla Türkiyedən ciddi silahlar almaq üçün müqavilələr bağladığı vurğulanıb.

Ərdoğanın Körfəz ölkələrinə reallaşdırdığı səfərində Türkiyenin yeni prestijli elektromobili olan "Togg" maşınını da həmkarlarına təqdim edərək bir dövlət diplomatiyası yürütdüyü müşahide olundu.

Ümumi çərçivədə Ərdoğanın Körfəz ölkələrinə səfərinin çox səmərəli keçdiyi və müvafiq ölkələrlə ciddi strateji tərəfdaşlığın qurulmağa başladığı görünür. Qətərlə uzun illərdir mövcud olan strateji tərəfdaşlıq möhkəmlənsə də, bunu xüsusilə Səudiyyə Ərəbistanı və BƏƏ ilə demək olar. Regional normallaşmadan kənara çıxılaraq müttəfiqlik və tərəfdaşlıq münasibətlərinə doğru irəlilədiyini görə bilərik. Yeni konyukturada tərəflərin maraqları bir-birini tamamlasa da, ortaq təhdidlər və çağırışlar bu birliyə təkan verir.



Әlaqәli Xәbәrlәr