Əriyən buzlaqlar Türkiyeni əhatə edən dənizlərdə suyun səviyyəsini yüksəldir

Bu günkü proqramımızda əriyən buzlaqların Türkiyeni əhatə edən dənizlərə olan təsirindən danışacağıq.

2012496
Əriyən buzlaqlar Türkiyeni əhatə edən dənizlərdə suyun səviyyəsini yüksəldir

Əriyən buzlaqlar Türkiyeni əhatə edən dənizlərdə suyun səviyyəsini yüksəldir

Əriyən buzlaqlar Türkiyeni əhatə edən dənizlərdə suyun səviyyəsini yüksəldir.

Mütəxəssislər buzlaqlarının əriməsinin Türkiyeni əhatə edən dənizlərin ildə 4 millimetr yüksəlməsinə səbəb olduğunu və bunun mövcud infrastrukturlara zərər vermə eytimalına qarşı bu strukturların  yenidən nəzərdən keçirilməsinin əhəmiyyətini vurğulayır.

Bu günkü proqramımızda əriyən buzlaqların Türkiyeni əhatə edən dənizlərə olan təsirindən danışacağıq.

Günəş şüalarının təxminən 80 faizini əks etdirərək dünyanın həddindən artıq istiləşməsinin qarşısını alan Şimal qütbündəki buzlaqlar 1970-ci illərdən bəri demək olar ki, yarıya qədər azalıb.

Bu gün Şimal qütbündəki buzlaqlar il ərzində mövcudluğunu davam etdirir. Hər il yay fəslində bu buzlaqlar azalır, qışda isə  yenidən artır. Lakin tədqiqatçılar Şimal qütbündəki buzlaqların hər 10 ildən bir  13 faiz əridiyini və 2050-ci ilin yay fəslinədək buzlaqların əriyəcəyi ilə bağlı xəbərdarlıq edir. Oxşar mənzərə Antarktida buzlaqlarında da müşahidə olunur. 1992-ci ildən bu günə qədər qitədən alınan peyk görüntüləri nəhəng buzlaqların hər il 7 metr əridiyini və hər il okeanlara 120 ilə 140 milyard ton buzun qarışdığını göstərir.

İqlim dəyişikliyinin təsiri ilə qütbdəki buzlaqlarının əriməsi dünya dənizlərinə və okeanlarına mənfi təsir edir, ekstremal hava hadisələrinin yaşanmasına və dəniz səviyyəsinin yüksəlməsinə səbəb olur.

Anadolu Agentliyinin müxbirinin qütb buzlaqlarının əriməsinin Türkiyeni əhatə edən dənizlərə təsiri ilə bağlı suallarını cavablandıran Dokuz Eylül Universitetinin Dəniz Elmləri və Texnologiyaları İnstitutunun Dəniz Elmləri Fakültəsinin rəhbəri professor  Şükrü Turan Beşiktepe bildirib ki, buzlaqların əriməsi ilə okeandakı suyun səviyyəsi və bütün dənizlərdəki istilik artıb.

Şükrü Turan Beşiktepe  deyib: "Aparılan araşdırmalarda  görürük ki, Türkiyenin dəniz səviyyəsi ildə 4 millimetr yüksəlib. Bu, çox kiçik bir yüksəliş kimi görünə bilər, lakin on ildə 4 santimetrə, bir əsrdə isə 40 santimetrə çatacaq. Dəniz suyu istiləşir, suyun səviyyəsi yüksəlir. Bu da dənizlərin ildə 4 millimetr artmasına səbəb olur. Dəniz səviyyəsindəki bu artım daha da artacaq. Biz sahilyanı ərazilərimizdə dəniz səviyyəsinin yüksəlməsini açıq şəkildə müşahidə edəcəyik və bunun nəticələrini yaxın 20 ildə yaşamağa başlayacağıq''.

Yıldız Texniki Universitetinin (YTU) biomühəndislik fakültəsinin müəllimi professor Didem Balkanlı Özçimen qlobal istiləşmənin həm atmosfer, həm də okean sularında temperaturun artmasına,buzlaqların hər zamankindən daha sürətli əriməsinə səbəb olduğunu bildirib.

Buzlaqların qoruyucu örtük rolunu oynadığını xatırladan Özçimen deyib: “Qütblərdəki buzlaqlar dünya iqlim sisteminin, dəniz səviyyəsinin və temperaturunun, okean axınlarının, şirin suyun qorunmasında və tarazlaşdırılmasında mühüm rol oynayır. Buzlaqlar əridikcə və okeanlar isindikcə, okean axınları bütün dünyada hava şəraitini pozur."

Antarktida yarımadasındakı diqqətəlayiq istiləşmə meylinin ekosistem və kriosfer proseslərində bəzi dəyişikliklərə səbəb olduğuna və son illərdə böyük buz kütləsi itkilərinə səbəb olduğuna diqqət çəkən Özçimen, müşahidə edilən digər təsirin də qar örtüyü səthlərində meydana gələn yosun olduğunu söyləyib. O, həm qlobal istiləşmənin, həm də yosunların buzlaqların ərimə prosesini sürətləndirdiyini qeyd edib.



Әlaqәli Xәbәrlәr