Tarixi 600 ildən artıq olan Bodrum qalasının hələ də aktiv istifadədə edildiyini bilirsinizmi?

Türkiyenin cənub Egey bölgəsində yerləşən məşhur istirahət mərkəzi Bodrum tarix boyu mühüm liman şəhəri xüsusiyyətinə sahib olub.

2011379
Tarixi 600 ildən artıq olan Bodrum qalasının hələ də aktiv istifadədə edildiyini bilirsinizmi?

Tarixi 600 ildən artıq olan Bodrum qalasının hələ də aktiv istifadədə edildiyini bilirsinizmi?

Türkiyenin Egey bölgəsinin cənubunda yerləşən məşhur istirahət mərkəzi Bodrum tarix boyu mühüm liman şəhəri xüsusiyyətinə sahib olub. Bu şəhərin ən əhəmiyyətli simvollarından biri də Bodrum qalasıdır.
Üç tərəfdən dənizlə əhatə olunmuş Bodrum qalasının yerləşdiyi ərazi qədim zamanlarda ada olsa da, sonradan quruya bağlanaraq yarımadaya çevrilib. Bodrum qalası 1406-1522-ci illərdə St.Jan cəngavərləri tərəfindən bu qayalıq yarımadada, iki liman arasında tikilib. Kvadrat planlı qalanın tikintisində dünyanın yeddi möcüzəsindən biri olan və zaman ərzində zəlzələlər nəticəsində dağıdılan Mavzol daşlarından istifadə edilib. Qalanın beş qülləsi arasında ən hündür olanı, hündürlüyü 47,5 metr olan fransız Qülləsidir.
1960-cı ildə bərpa edilən qala Bodrum Sualtı Arxeologiya Muzeyi olaraq dizayn edilib və burada bölgədə batan gəmilərdən çıxarılan əsərlər sərgilənib. Bodrum Sualtı Arxeologiya Muzeyi təkcə Türkiyedə deyil, dünyada nadir muzeylərdən biridir. Çünki dünyanın ən qədim gəmisi, 3300 il əvvəl Gənc Tunc dövrünə aid olan Likya Ticarət gəmisi “Uluburun batıq gəmisi” bu muzeydə sərgilənir. Eyni zamanda, o dövrdə dəniz suyu ilə dolu olan qala xəndəklərindən biri də bu gün səhnə sənətlərinin nümayiş olunduğu festival sahəsi kimi istifadə olunur.
Üzərində inşa edildiyi antik dövrün xarabalıqlarını, 15-ci əsr Avropasının monumental sənətini, memarlığını və texniki xüsusiyyətlərini əks etdirən Rodos Cəngavərləri Dövrünə aid tikililəri, Osmanlı İmperiyası dövründə tikilmiş tikililəri özündə ehtiva edən Bodrum qalası mühüm əhəmiyyət kəsb edir və YUNESKO-nun Ümumdünya İrsi Müvəqqəti Siyahısına daxil olub.



Әlaqәli Xәbәrlәr