Dünyanın ən böyük sənduqələrindən birinin İstanbul Arxeologiya Muzeyində olduğunu bilirsinizmi?

Livanın Sayda (Sidon) bölgəsində tapılan və 1887-ci ildə İstanbula gətirilən İsgəndər sənduqəsinin (sarkofaq) çəkisi 25 tondur və dünyanın ən böyük sənduqələrindən biridir.

2008238

İsgəndər sənduqəsi Saydada ilk türk arxeoloqu və türk muzeyşünaslığının qabaqcıllarından sayılan Osman Həmdi bəy tərəfindən tapılıb. Osman Həmdi bəy 1887-ci ildə Saydada apardığı qazıntılar zamanı bir kral qəbiristanlığı tapıb. Bu qəbirlərdən 22 ədəd kral sənduqəsi aşkar edilib. Sayda krallarına məxsus bir sıra sənduqənin yeraltı dəfn kameralarında basdırılmış olaraq tapılması beynəlxalq həyəcan doğurub və bu barədə Avropa və Amerika jurnallarında məlumat verilib. Burada tapılan mühüm sənduqələr İstanbula gətirilib. Onların arasında yer alan İsgəndər sənduqəsi arxeologiya dünyasının şah əsərlərindən sayılır. Sənduqə yüksək relyef texnikası, boyaları və bənzərsiz incə bəzəkləri ilə İstanbul Arxeologiya Muzeyinin ən əhəmiyyətli əsərlərindən biridir.
Sayda kralı Abdalonimosa aid olduğu düşünülən sənduqə eramızdan əvvəl 4-cü əsrə aiddir. Sənduqənin uzun səthlərindən birində Makedoniya kralı makedoniyalı İsgəndərin farslarla döyüşünə aid relyeflər var. Sənduqənin digər uzun tərəfində isə dostluq içində reallaşan ov səhnəsi təsvir edilib. Dizaynı qədim yunan məbədlərini xatırladan sənduqə Yunanıstanın məşhur "penteli" mərmərindən hazırlanıb. Qeyri-adi relyeflərlə bəzədilmiş və rənglənmiş sənduqənin kim tərəfindən düzəldildiyi məlum deyil.
1999-cu ildə İskəndər sənduqəsinin orijinaldan beş faiz kiçik bir nüsxəsi Türkiyedə düzəldilib və Yaponiyanın Kaşivazaki qəsəbəsindəki türk kəndində nümayiş olunmaq üçün Yaponiyaya göndərilib. Sənduqənin beş faiz kiçik olan başqa bir nüsxəsi 2014-cü ildə Üsküpdə açılan Makedoniya Milli Arxeologiya Muzeyində nümayiş etdirilir.

Әlaqәli Xәbәrlәr