Molla Nəsrəddinin dünya şöhrətli olduğunu bilirdinizmi?

Onun həqiqətən yaşayıb-yaşamadığı ilə bağlı mübahisələr olsa da, həyatı ilə bağlı bəzi sənədlər var

2008124
Molla Nəsrəddinin dünya şöhrətli olduğunu bilirdinizmi?

 

  Türk xalq qəhrəmanlarından olan Nəsrəddin Hocanın (Molla Nəsrəddin) dünya şöhrəti qazandığını bilirdinizmi?

  Türk mədəniyyətinin ən önəmli şəxsiyyətlərindən biri Nəsrəddin Hocadır. Onun həqiqətən yaşayıb-yaşamadığı ilə bağlı mübahisələr olsa da, həyatı ilə bağlı bəzi sənədlər var. Bu sənədlərdən əldə edilən məlumata görə, o, 1208-ci ildə Türkiyənin Eskişehir rayonunun Sivrihisar qəsəbəsinin Hortu kəndində anadan olub. Bir müddət sonra dövrün mistik fikir mərkəzlərindən biri olan Akşehirə köçüb və burada inzibati vəzifələrdə çalışıb. 1284-cü ildə Akşehirdə vəfat edib və bu gün Nəsrəddin Hoca türbəsinin olduğu yerdə dəfn edilib. Ölümündən sonra eyni əsrdə Nəsirəddin Hocanın adından lətifələr meydana gəlib və günü gündən artaraq əsrləri keçib.

  Xalq filosofu Nəsrəddin Hoca bütün türk dünyasında - Azərbaycanda Molla Nəsrəddin, Qazaxıstanda Koja Nəsrəddin, Özbəkistanda Nəsrəddin Əfəndi adları ilə tanınır və sevilən lətifələri demək olar ki, hər gün aforizm kimi işlənir.

  Molla Nəsrəddin lətifələri və haqqında rəvayətlər təkcə türk deyil, ərəb, bolqar, çin, iran, macar və rus xalqları arasında da tanınır, sevilir və bu millətlərin yerli qəhrəmanları ilə birgə hekayələri səslənir.

  1996-cı il UNESCO-nun qərarı ilə bütün dünyada Nəsrəddin Hoca İli kimi qeyd olunub.

  Molla Nəsrəddinin yazılı mədəniyyətdə məlum olan ən qədim nümunəsinə 1480-ci ildə Anadolu türk dastanlarından biri olan “Saltuknamə”də rast gəlinir. Leonid Solovyovun ilk hissəsi 1940-cı ildə nəşr olunan ikicildlik əsərində Molla Nəsrəddindən roman üslubunda və Orta Asiya şəxsiyyəti kimi bəhs edilib. Bir milyon yarım tirajla satılan bu kitab alman, macar, yunan, serb və xorvat kimi bir çox dillərə də tərcümə olunub.

  Molla Nəsrəddindən danışıb lətifəsindən misal çəkməmək olmaz. Bir gün ondan “Dünyanın mərkəzi haradır?” deyə soruşurlar. Molla Nəsrəddin “Əlimdəki çubuğun yerə dəydiyi nöqtə. İnanmırsınızsa, ölçün” deyir.



Әlaqәli Xәbәrlәr