Tokat-Zilə – "veni, vidi, vici"

Bu sözləri Yuli Sezar harada və niyə deyib?

2003982
Tokat-Zilə – "veni, vidi, vici"
veni vidi vici_kale.jpg

Yuli Sezar "Veni, vidi, vici" sözlərini harada və niyə dedi?

 

  İstəkli dinləyicilər, bugünkü “Kapitanın səyahət dəftəri”ni vərəqləyincə yenə maraqlı hadisə ilə gəlirik qarşınıza.  

  Yuli Sezarı (Julius Caesar) yəqin ki, bilirsiniz. E.ə. 100-cü illərdə yaşamış, Romanın dünyaşöhrətli sərkərdəsi, ölkəsinin sərhədlərini çox genişləndirmiş bir dövlət xadimi idi. Və bu məşhur adamın tarixə düşən məşhur bir sözü də var: veni vidi, vici, yəni “Gəldim, gördüm, fəth etdim”. Bu sözləri Yuli Sezar harada deyib. Maraqlıdır? O zaman sizi o məşhur ifadənin deyildiyi yerə - Ziləyə aparırıq.

  Bu gün Türkiyənin Tokat rayonunun Zilə qəsəbəsi bir zamanlar Anadolunun ən qədim və mühüm mərkəzlərindən biri idi. Ərazidə bir çox dövlətlər qurulmuş, müxtəlif imperiyalar hökm sürmüşdür. Yerləşdiyi yerə görə qəsəbə Qara dənizlə İç Anadolunu birləşdirən yolun kəsişməsində yerləşən geosiyasi nöqtədədir. Zilənin iqlimi və coğrafi xüsusiyyətləri yüz illər boyu burada insanların məskunlaşmasına imkan yaradıb. Bölgədə aparılan arxeoloji qazıntılar zamanı Zilədə het və frigiyalıların izlərinə rast gəlinib. Antik dövr tarixçisi və coğrafiyaşünası Strabon yazır ki, Zilə Assuriya imperiyasının kraliçası Semiramida tərəfindən qurulub. Farsların bərəkət ilahəsinin ən böyük məbədi Zilədə yerləşdiyinə görə bura onların dövründə dini mərkəz olub. Zilədə ilin müəyyən vaxtlarında böyük izdihamın iştirak etdiyi dini mərasimlər keçirilib. Beləcə, Zilə iqtisadi cəhətdən güclənib və strateji əhəmiyyət daşıyıb. Ona görə də bir çox dövlətlər Ziləni ələ keçirmək istəyib.

  Eramızdan əvvəl 1650-1200-cü illər Hetlər dövründən başlayaraq Bizans imperatorluğuna qədər Zile çox qarşıdurmalara səhnə olub. Bunlardan biri, bəlkə də ən mühümü Roma imperiyası ilə Pontus krallığı arasında olanı idi.

  Roma imperiyasının məşhur hərbi və siyasi rəhbəri Yuli Sezar və Pontus kralı Farnake Zile yaxınlığında döyüşürlər. Savaş Roma ordusunun qələbəsi ilə başa çatır. Sezar bu qələbəni lakonik belə ifadə edir: “Veni, vidi, vici”, yəni “gəldim, gördüm, fəth etdim”. O, bu üç sözdən ibarət məktubu Romaya göndərərək müharibənin nəticəsini çatdırır. Məşhur sərkərdə Zilə qalasındakı abidənin üzərinə qələbəsini yekunlaşdıran bu üç sözü yazdırır.

  Tarixçilərin bir qismi hesab edir ki, ondan əvvəl Pontusu məğlub edə bilməyən Roma imperatorlarına Sezar bu problemi çox da çətinlik çəkmədən həll etdiklərini işarə edib, 3 sözlə düşmənini kiçildib, qələbənin cəldliyini göstərib.

  Bütün bu tarix məlumatlarından sonra indi də gedək Zilə qalasına. Abidənin üzərindəki “Veni, vidi, vici” - “Gəldim, gördüm, fəth etdim” sözləri tarixin ən qısa və mənalı ifadələrindəndir. Dünyada ən məşhur sözlər arasında yer alan bu söz qısa zamanda əldə edilən uğurlara işarət edilərək istifadə olunur.

  Bura qədər gəlmişkən Tokatın qalasına da baş çəkək. Zəngin mədəniyyətin vazkeçilməz elementi olan vampir hekayələri və Drakula əfsanəsinin ortaya çıxdığı yerə getməyə dəyər.

  1400-cü illərdə Osmanlılar tərəfindən əsir götürülən Eflak Boğdan bəy azadlığa buraxılması qarşılığında iki oğlunu imperatorluğa girov verir. Tokat qalasında girov saxlanılan şahzadələrdən biri İslamı qəbul edir, digəri isə amansız düşmənə çevrilir. "Şeytan, cəllad və paylı voevoda" kimi tanınan bu şahzadə III Vlad Drakula idi. İnsanlara işgəncə verməsi və öldürməsi ilə tanınan bu adam əsrlər sonra Drakula əfsanələrinə çevriləcəkdi. Ona görə də vampirlər və Drakula hekayələri və ya filmləri ilə qarşılaşsanız, Tokat qalası haqqında söylədiklərimizi unutmayın.



Әlaqәli Xәbәrlәr