Topqapı Saray Muzeyində təxminən 16 min çini qabın nümayiş etdirildiyini bilirsinizmi?

Topqapı Saray Muzeyinin dünyaca məşhur kolleksiyalarından biri də Çin çinisidir.

2001225
Topqapı Saray Muzeyində təxminən 16 min çini qabın nümayiş etdirildiyini bilirsinizmi?

Topqapı Saray Muzeyində təxminən 16 min çini qabın nümayiş etdirildiyini bilirsinizmi?

Topqapı Sarayında 16 minə yaxın çini qab nümayiş etdirilir. Topqapı Saray Muzeyinin dünyaca məşhur kolleksiyalarından biri də Çin çinisidir. Bu kolleksiya Çindən kənarda nümayiş etdirilən ən böyük çini kolleksiyasıdır.  Muzeydə Çin çinisindən başqa Yapon, Avropa və Türk çinisi də nümayiş etdirilir. Topqapı Sarayında Avropada hazırlanmış təxminən 5 min qabdan ibarət kolleksiya da saxlanılır. Avropanın müxtəlif ölkələrində hazırlanmış və XV ilə XX  əsrlərə aid olan çini qablar həm say, həm də çeşid baxımından diqqətləri cəlb edir. Bu kolleksiyaya həmin dövrlərə aid dəyərli sənət nümunələri daxildir. Saray kolleksiyasında müxtəlif rənglərdə çini qablar mövcuddur.

İslam ölkələrinin süfrə ənənələrinə uyğun istehsal edilən iri ölçülərə  və zəngin bəzəklərə malik  kasa və boşqablar kolleksiyanın ən diqqət çəkən parçalarıdır. Sultanlar qızıl və gümüş qablarla yanaşı, çini  qablara üstünlük verirdilər, çünki bu qabların içinə zəhərli qida məhsulu qoyulduğu zaman rəngini dəyişirdi. Zərif çinilər Osmanlı dövründə  həmişə qüdrət və zənginlik göstəricisi olub. Vaxtaşırı sadə çini qablar qiymətli daşlarla bəzədilib. Sınmış qablar müxtəlif üsullarla təmir edilib. Bu qablar Osmanlı mədən sənətinin ən görkəmli nümunələrindəndir.



Әlaqәli Xәbәrlәr