Kimlərdə ürək çatışmazlığı riski daha çoxdur?

Araşdırmaya əsasən, ayaqları güclü olan insanların infarktdan sonra ürək çatışmazlığı riski ilə üzləşmə ehtimalı daha azdır.

1997735
Kimlərdə ürək çatışmazlığı riski daha çoxdur?

Kimlərdə ürək çatışmazlığı riski daha çoxdur?

Araşdırmaya əsasən, ayaqları güclü olan insanların infarktdan sonra ürək çatışmazlığı riski ilə üzləşmə ehtimalı daha azdır.

Yaponiyalı tədqiqatçılar güclü ayaq əzələlərinə malik olan insanların infarktdan sonra ürək çatışmazlığı riski ilə üzləşmə ehtimalının daha az olduğunu müəyyən ediblər.

Bu günkü proqramımızda infarktdan sonra üzləşə biləcəyimiz problemlərdən danışacağıq.

Nəticələri Avropa Kardiologiya Cəmiyyətinin (ESC) saytında dərc edilən araşdırmaya görə, infarkt keçirmiş, lakin güclü ayaqlara malik olan xəstələrin ürək çatışmazlığı riski ilə üzləşmə ehtimalı daha azdır.

Yaponiyanın Saqamihara Universitetinn Tibb Fakültəsi tərəfindən aparılan araşdırmada 2007-2020-ci illər arasında ilk dəfə infarkt keçirmiş, daha əvvəl heç vaxt ürək çatışmazlığı diaqnozu qoyulmamış 932 nəfər müayinə edilib.

İnfarkt keçirərək xəstəxanaya yerləşdirilən xəstələrin "quadriseps" adlandırılan əzələ qrupu testi ilə ayaq gücünün müəyyən edildiyi  araşdırmada xəstələrin 481-nin əzələlərinin güclü, 451-inin isə zəif olduğu müşahidə olunub. Xəstələrin 67-nin orta əzələ gücünə malik olduğu müəyyən edilib.

İnfarkt keçirdikləri andan etibarən 4,5 il izlənilən güclü ayaq əzələlərinə malik xəstələrdə ürək çatışmazlığı səviyyəsinin 10,2 faiz, ayaq əzələləri zəif olanlarda isə 22,9 faiz olduğu bildirilib.

Avropa Kardiologiya Cəmiyyətinin (ESC) internet saytında dərc edilən araşdırmada ayaq əzələlərinin güclənməsi ilə ürək çatışmazlığı arasındakı əlaqə də araşdırılıb.

Ayaq əzələlərinin 5% güclənməsi ürək çatışmazlığı riskini 11% azaltdığı müəyyən edilib.

Saqamihara Universitetinin Tibb Fakültəsinin Fizioterapiya Departamentinin  tədqiqatçılarından biri olan Kensuke Ueno sözügedən araşdırmanın infarktdan sonra ürək çatışmazlığı riski ilə üzləşmə ehtimalı yüksək olan xəstələrin müəyyən edilməsinə töhfə verdiyini söyləyib.

Klinik şəraitdə ayaq əzələlərinin gücünü dəqiq müəyyən etmənin asan olduğunu ifadə edən Ueno bunun infarkt keçirmiş xəstələrdə ürək çatışmazlığının inkişafının qarşısını almaq üçün müalicənin tətbiqində də kömək edə biləcəyini ifadə edib.



Әlaqәli Xәbәrlәr