Araşdırma: Marsa sәyahәt edәcәk heyәt qadın astronavtlardan ibarәt olmalıdır

''Scientific Reports'' elmi jurnalında dərc olunan araşdırmaya görə, Marsa səyahət edəcək ilk heyətin tamamilə qadın olması gözlənilir.

1992983
Araşdırma: Marsa sәyahәt edәcәk heyәt qadın astronavtlardan ibarәt olmalıdır

Araşdırma: Marsa sәyahәt edәcәk heyәt qadın astronavtlardan ibarәt olmalıdır

''Scientific Reports'' elmi jurnalında dərc olunan araşdırmaya görə, Marsa səyahət edəcək ilk heyətin tamamilə qadın olması gözlənilir. Bunun səbəbi, qadınların daha az resursdan istifadə etməsi və kişilərə nisbətən daha  sağlam şəkildə geri qayıtmasıdır. Bu günkü proqramımızda ''Scientific Reports'' jurnalında dərc olunan araşdırma haqqında danışacağıq.

''Scientific Reports'' elmi jurnalında dərc olunan araşdırmaya görə, Marsa səyahət edəcək ilk heyət tamamilə qadınlardan ibarət olmalıdır. Bunun səbəbi, qadınların daha az resursdan istifadə etməsidir.

Marsa səyahət edəcək insanları tapmaq asan olmayacaq. Astronavtlar heç vaxt geri qayıtmamaq riskinə hazır olmalıdır və təxminən yeddi ay möhürlənmiş kosmik gəmidə oturmaqdan narahat olmamalıdır. Marsa səyahət edəcək heyət  mütəxəssislərdən ibarət olmalıdır. Ancaq aparılan son araşdırmaya görə, Marsa səyahət edəcək hər bir astronavt qadın olmalıdır. Fransadakı Məkan Fiziologiyası Tibb İnstitutunun əməkdaşı Conatan P. R. Skottun rəhbərlik etdiyi beynəlxalq tədqiqat qrupu yalnız qadınlardan ibarət heyətin olmasının üstünlüklərini araşdırıb. Araşqırma uzun kosmik missiyalarda kişi və qadınların təxmin edilən oksigen istehlakına, ümumi enerji xərclərinə, karbon dioksid və istilik istehsalına və su tələblərinə diqqət yetirir. Məlum olub ki, kişi astronavtların bədən ölçüləri  bu standartlara uyğun deyil. Araşdırmaya görə, kişilərin qadınlar ilə müqayisədə ümumi enerji istehlakı 30 faiz, oksigen istehlakı 60 faiz, karbon qazı istehsalı 60 faiz və su ehtiyacı 17 faiz çoxdur.  Marsda quraşdırılması planlaşdırılan yaşayış məntəqələrinin  kiçik olması gözlənilir. Bu baxımdan, Marsa səyahət edəcək ilk heyətin qadınlardan ibarət olması daha məqsədəuyğun hesab edilir. Scott və komandasının qadınlardan ibarət  heyəti ön plana çıxardığı araşdırma ilk deyil.

1950-ci illərdə NASA-nın Xüsusi Həyat Elmləri Komitəsinin yüksək vəzifəli məmurları da qadın astronavtların üstünlüklərinə diqqət çəkərək müzakirələrin başlamasına səbəb olmuşdu. Həmin dövrdə qadınların daha yüngül olduğu, daha az oksigen və daha az kalori tələb etdiyi, infarktlara kişilərə nisbətən daha az meylli olduğu vurğulanmişdi,həmçinin qadınların reproduktiv sistemlərinin şüalanmadan daha çox təcrid olunduğu qeyd olunmuşdu.

 

 

 

 



Әlaqәli Xәbәrlәr