Süni intellekt tezliklə yuxularımızı qeydə ala bilər

Bu günkü proqramımızda süni intellektin qabiliyyətlərindən danışacağıq.

1966276
Süni intellekt tezliklə yuxularımızı qeydə ala bilər

Süni intellekt tezliklə yuxularımızı qeydə ala bilər

Mütəxəssislər gördüyümüz yuxunun 50 faizini unutduğumuzu, oyandıqdan 10 dəqiqə sonra isə yuxunun 90 faizinin yaddaşdan silindiyini bildirir.  Ancaq süni intellektin yuxularımızı qeyd etməyə başlaması ilə bu, tezliklə dəyişə bilər.

Bu günkü proqramımızda süni intellektin yuxunu qeyd etmə qabiliyyətindən danışacağıq.

Mütəxəssislər gördüyümüz yuxunun 50 faizini unutduğumuzu, oyandıqdan 10 dəqiqə sonra isə yuxunun 90 faizinin yaddaşdan silindiyini bildirir.  Ancaq süni intellekt yuxularımızı qeyd etdiyi üçün bu, tezliklə dəyişə bilər.

Süni intellekt artıq yuxumuzu qeydə ala bilir və insanın gördüklərinə çox oxşar şəkillər yarada bilir.

Bu texnologiyanın müxtəlif heyvan növlərinin ətraf mühiti necə qəbul etdiyini öyrənmək və iflic olan insanlarla ünsiyyətə girmək potensialına malik olduğu bildirilir.

Bir çox laboratoriya yaddaşımızdakı şəkilləri yenidən görmək üçün süni intellektdən istifadə edib.

Lakin alman qrupu tərəfindən aparılan yeni tədqiqat Stabil Diffuziya adlı alqoritmdən istifadə edən ilk tədqiqatdır.

Osaka Universitetinin nevroloqu Yu Takagi süni intellekt alqoritminin görüntülər yaratmaq üçün beynin müxtəlif hissələrindən gələn siqnalları istifadə etdiyini açıqlayıb.

Alqoritm funksional maqnit rezonans görüntüləmə vasitəsilə beynin aktiv bölgələrinə qan axınındakı dəyişiklikləri aşkar edən qeydlərdən  əldə edilən məlumatları qiymətləndirir.

Beynin temporal və oksipital lobları görüntü haqqında fərqli məlumatlar qeyd edir. Tədqiqatçılar ümid edirlər ki, bu texnologiya koqnitiv nevrologiya tədqiqatları üçün yeni imkanlar yarada  bilər və fantom düşüncələr və xəyalların qarşısını almaq üçün istifadə edilə bilər.



Әlaqәli Xәbәrlәr