Şüyüdün faydaları

Şüyüd A, B1, B6, C, D və E vitaminləri və minerallarla zəngin tərəvəz bitkisidir

1951465
Şüyüdün faydaları

Şüyüd tərəvəz bitkisi və cana faydaları

 

  İstəkli dinləyicilər, bu gün sizə şüyüd tərəvəzi və faydalarından bəhs edəcəyik. Mətni doktor Mehmet Uçar hazırlayıb, mən Sevda Mirzə oxuyub təqdim edirəm.  

  Şüyüd A, B1, B6, C, D və E vitaminləri və minerallarla zəngin tərəvəz bitkisidir.  

• Qan şəkərini tənzimləyir. Belə ki, şüyüd insulin istehsalını aktivləşdirir ki, nəticədə qan şəkərinin qəfil yüksəlməsinin qarşısı alınır. Şüyüd həm diabetin idarə olunması, həm də profilaktikasında mühüm yer tutur.

• Ürək sağlamlığını qoruyur. Şüyüdün ürək sağlamlığının qorunması və insult riskinin azalmasında mühüm rolu var. Yüksək xolesterin üzərində şüyüd əla təsir göstərir. Xolesterolu azaltmaq isə ürək sağlamlığını qorumaq üçün əsas tədbirlərdən biridir.

• Sümükləri gücləndirir. Şüyüd yedikdə kalsium rahat sovrulur ki, bu da osteoporoz kimi sümük itkisi xroniki xəstəliklərinə təsir göstərir.

• İnfeksiyanın qarşısını alır. Tərkibindəki antioksidan və C vitamini qədim zamanlardan şüyüdü mikroblarla mübarizə və orqanizmi infeksiyalardan qorumaqda istifadə edilib. Şüyüd yarpaqları mikrobları bədəndən uzaqlaşdıraraq yaraların müalicəsi və sağalmasında mühüm rol oynayır. Öskürək, soyuqdəymə, halsızlıq, yorğunluq kimi problemlərə qarşı isə şüyüd bədəndə ümumi canlanma yaradır və bərpaya kömək edir.

• İmmuniteti artırır. Şüyüd immunitet sistemini gücləndirməkdə təsirlidir. Güclü immunitetlə orqanizmin mikroblarla mübarizə qabiliyyəti artır. Şüyüd müxtəlif infeksiyaların qarşısını almaqda güclü antibakterial, antiviral və antigöbələk xüsusiyyətlərinə malikdir.

• Həzmi asanlaşdırır. Şüyüd həzmi yüngülləşdirməkdə mühüm rol oynayan karminativ (carminative), yəni qazqovan kimi tanınır. Şişkinlik, qaz və həzmsizlik kimi mədə və həzm problemlərinin qarşısını almağa şüyüdün lifli quruluşu kömək olur. Çünki şüyüddəki liflər bağırsaq hərəkətliliyini təşviq edərək qəbizliyə qarşı çalışır. Şüyüd həmçinin mikrobun səbəb olduğu ishal hallarını da aradan qaldırır.  

  Bundan əlavə, şüyüdün turşuya qarşı xüsusiyyəti mədədə həddindən artıq turşu əmələ gəlməsinin qarşısını alır. Belə qidalar daha yaxşı həzm olunur və xora, qastrit, həzm pozğunluğu kimi xəstəliklərin müalicəsində yardımçı sayılır.

  • Ağrıları aradan qaldıra bilir. İltihab əleyhinə və ağrı kəsici hesab olunur. Xüsusilə, oynaq iltihabı və ağrılarında müalicəyə dəstək ola bilir. Əzələ spazmları və ağrılarını aradan qaldırmaq pəhrizinə şüyüd əlavə edilməsi məsləhətdir. Qadınların menstrual ağrılarına qarşı da şüyüd yaxşı gəlir.

• Nəfəs almağı rahatlaşdırır. Şüyüd tənəffüs problemi olan insanlar üçün vacibdir. Soyuqdəymə, öskürək, boğaz ağrısı, qrip kimi problemlərə qarşı mühüm rol oynayır. Ağciyər, sinə və burun boşluqlarında olan bəlğəm hissəciklərini təmizləyir, boşaldır ki, bu da nəfəs almağı asanlaşdırır. Şüyüd bronxit və astma kimi xəstəliklərin sağalma prosesini sürətləndirir.

• Təravətli nəfəs verir. Şüyüdün toxumu və yarpaqları nəfəsi fərahladır. Tərkibindəki efir yağları ağız infeksiyalarını aradan qaldırmağa kömək edir, eyni zamanda sərbəst radikalların diş və ətlərinə zərərini minimuma endirir. Sağlam ağız üçün şüyüdün gücündən yararlanmaq lazımdır.

• Yuxuya kömək edir. Şüyüd yarpaqlarının tərkibindəki aktiv maddələr və B qrupu vitaminləri yuxusuzluğa qarşı olur. Gündəlik pəhrizdə yeyilən şüyüd orqanizmdə müəyyən hormon və fermentlərin ifrazını aktivləşdirərək sakitləşdirici təsir yaradır. O, həmçinin stress hormonlarının səviyyəsini azaltmağa kömək edir. Stressin azalması dinc və keyfiyyətli yuxuya səbəb olur. Buna görə şüyüd həm də bir antidepresandır.

• Arıqlamağa kömək edir. 100 qram təzə şüyüd təxminən 43 kaloridir. Tərkibindıki karbohidratların miqdarı az olduğundan kilo vermək üçün diyetlərdə faydalı rol oynayır.

  Şüyüd necə yeyilməlidir?

  Salat və yeməklərə xırda-xırda doğranmış şüyüdü cəfəri və nanə kimi göyərtilərlə qarışdırıb bol limon və bir az zeytun yağı ilə yeməkdə fayda var.

  Ayrana, bişmiş balıq və kartofun üzərinə şüyüdü ədviyyat kimi səpmək məsləhətdir. Şorba və souslara isə şüyüd həm də gözəl dad verir. Şüyüd toxumlarını ədviyyat kimi turşulara əlavə etmək, hətta çaya qatıb içmək də faydalıdır.

  Qurudulmuş şüyüd isə bir az acı və qatı dada malik olur. Buna görə təzə və quru şüyüdləri istifadə edərkən miqdarlarına diqqət etmək lazımdır.  

  Şüyüd necə saxlanılmalıdır?

  Yarpaqları saralmış deyil, tünd yaşıl bir dəstə təzə şüyüdü kağız dəsmalın içinə qoyub soyuducuda qapalı qabda 2-3 gün saxlamaq lazımdır. Şüyüdləri alan kimi yuyub-qurutmaq onun ömrünü uzadır. Qurudulmuş şüyüd təzədən daha davamlı olur.

  İstəkli dinləyicilər, bu gün sizə şüyüd tərəvəzinin faydalarından bəhs etdik. Mətni doktor Mehmet Uçar hazırlamışdı, mən Sevda Mirzə oxuyub təqdim etdim.



Әlaqәli Xәbәrlәr