Kahramanmaraşın mis sənətkarlığı ilə məşhur olduğunu bilirsinizmi?

Misin kəşfi və emalı ilə bağlı ilk tapıntılara 10 min il əvvəl Anadoluda rast gəlinib

1955089
Kahramanmaraşın mis sənətkarlığı ilə məşhur olduğunu bilirsinizmi?

 

  Fevralın 6-da böyük zəlzələ ilə üzləşən Kahramanmaraşın qədim zamanlardan bəri mis sənətkarlığı ilə məşhur bir şəhər olduğunu bilirsinizmi?

  Əsrlər boyu bir çox sivilizasiyanın hökm sürdüyü Anadoluda geniş çeşiddə əl sənəti inkişaf edib. Bunlardan biri misdən məmulat hazırlama sənəti olan misgərlik sənətidir.

  Misin kəşfi və emalı ilə bağlı ilk tapıntılara 10 min il əvvəl Anadoluda rast gəlinib: Çatalhöyükdə aparılan arxeoloji qazıntılar nəticəsində e.ə. mis döymə üsulu ilə düzəltmək və bəzəmək yolu ilə müxtəlif mətbəx və bəzək əşyalarının qalıqları aşkara çıxarılıb. Bu ənənəvi misgərlik əl sənəti bu gün də geniş şəkildə yayılıb və davam edir.

  Qədim zamanlarda bütün Anadoluda olduğu kimi Maraşda da mis qablar mühüm yer tutub və nəsildən-nəslə miras qalıb. Kahramanmaraşın ən əski əl işlərindən biri olan misgərlik Türkiyədə böyük əhəmiyyətə malikdir.

  Misgərlik sahəsində bir çox texnikadan istifadə olunsa da, Maraş misgərliyini ön plana çıxaran döymə texnikasıdır. Bu, çox vaxt alan və zəhmət tələb edən bir üsuldur.

  Döymə texnikası ilə misgərlik sənəti Kahramanmaraşda 1950-ci illərdən etibarən daha sürətlə inkişaf edib və mis məhsulları Türkiyənin hər yerinə göndərilməyə başlayıb. Bu sənətin izlərinə Kahramanmaraşda demək olar ki, hər evdə rast gəlmək olur. Yetmiş faiz mis və otuz faiz sink qarışdırılaraq əldə edilən latundan misgərlər mükəmməl güldan, nimçə, boşqab, qulplu kasa, qapaqlı qazan, vedrə, manqal və müxtəlif bəzək əşyaları düzəldirlər. İstehsal olunan məhsulların əksəriyyəti turistlərə satılan bəzək əşyalarıdır.

  Döymə üsulu ilə əldə edilən mislər qalın və davamlıdır. Kahramanmaraşda istehsal edilən mis məmulatlarına xaricdən yüksək tələbat qazanmasının səbəblərindən biri də budur.



Әlaqәli Xәbәrlәr