‘‘Michelin’’ ulduzuna malik türk restoranları

Bu günkü proqramımızda İstanbuldakı Michelin ulduzuna malik restoranlardan bəhs edəcəyik.

1904643
‘‘Michelin’’ ulduzuna malik türk restoranları

Hәyatın maraqlı anları_11_2022

Artıq İstanbulda da Michelin ulduzuna malik restoranlar var.

Beynəlxalq səviyyədə məşhur olan və 53 türk restoranının yer aldığı Michelin Bələtçisi necə yaradılıb? Michelin ulduzuna malik restoranlar hansı xüsusiyyətlərinə görə seçilir?

Bu günkü proqramımızda İstanbuldakı Michelin ulduzuna malik restoranlardan bəhs edəcəyik.

100 ildən artıqdır nəşr olunan Michelin Bələdçisi dünyanın ən yaxşı restoranlarını sıralayır. Bu il 53 türk restoranı da bələdçiyə daxil edilib. Bundan əlavə, Türkiyənin ilk “Michelin Ulduzu”na layıq görülən  restoranları da bəlli olub. Bəs, bu bələdçi necə yarandı, Michelin ulduzuna malik restoranlar necə seçilir?

Türk restoranları da artıq dünyaca məşhur Michelin Bələtçisi siyahısına daxil edilib. Bəs ikonik bələdçi necə yarandı?

İstanbuldakı 53 restoran Michelin Bələtçisinə daxil edilib. Onlardan 5-i Michelin Ulduzuna malikdir, 10-u ''Bib Gourmand'' mükafatına yəni münasib qiymətlərlə ən yaxşı yeməklərdən birini təklif edən, 38-i isə bələdçi tərəfindən beynəlxalq səviyyədə tövsiyə olunan restoranlardır.

Michelin Bәlәdçisinin yaranma tarixi ilә tanış olaq.

Michelin Bələdçisinin ilk nəşri yalnız təkər satışlarını artırmaq üçün hazırlanmış və 1900-cü ildə nəşr edilmişdir.

Burada sürücülər üçün təkərlərin  dəyişdirilməsi, qalacaq yerlər və yemək yeyə biləcəkləri məkanlarla bağlı tövsiyələr yer alırdı.

1926-cı ildə restoranların ulduzlarla mükafatlandırılması ilə əlaqədar qərar qəbul edilib.

Avtomobil hissələrinin elanları aradan qaldırılıb, restoranlar kateqoriyalara bölünüb. 1920-ci ildən etibarən satılmasına qərar verildi.

Michelin ulduzuna malik restoranlar necə seçilir?

Ərzaq  keyfiyyəti, dadların harmoniyası, yemək bişirmə texnikası, mətbəxdəki aşpazın fərdiliyi, menyu ilə müfəttişlərin gəlişi arasında uyğunluq.

Restorana verilən ulduzlar nə mənaya gəlir?

Bir ulduza malik restoran öz kateqoriyasında  yaxşı restoran hesab olunur. İki ulduza malik restoran əla yeməklər təklif edən və üç ulduza malik restoran isə qeyri-adi təamlar təklif  edən restoran mənasına gəlir.



Әlaqәli Xәbәrlәr