Atatürk haqqında indiyə qədər minlərlə kitab yazıldığını bilirsinizmi?

Mustafa Kamal Atatürk təkcə Türkiyədə deyil, bütün dünyada böyük izlər buraxmış liderdir.

1901764
Atatürk haqqında indiyə qədər minlərlə kitab yazıldığını bilirsinizmi?

Bunları Bilirsinizmi_10_2022

Mustafa Kamal Atatürk təkcə Türkiyədə deyil, bütün dünyada böyük izlər buraxmış liderdir. Bir çox ölkələr ondan nümunələr götürüb, bir çox tədqiqatçı və yazıçılar onun həyatını tədqiq edərək kitablar yazıblar. Türkiyenin Milli İstiqlal savaşı və Atatürk haqqında dünya miqyasında yüzlərlə kitab, minlərlə məqalə dərc olunub.

Dünya tarixində dərin iz buraxmış, özünəməxsus çağdaş düşüncə sistemi nümunə götürülən Atatürk haqqında ingilis, fransız, alman başda olmaqla bir çox dillərdə yazılmış kitablara rast gəlmək mümkündür. İngilis yazıçısı Lord Kinrossun 5 illik araşdırma və tədqiqatının nəticəsi olaraq qələmə aldığı “Atatürk: Bir millətin yenidən doğuşu” adlı əsəri bu kitablar arasında daha çox məşhurdur. Kitab Mustafa Kamal Atatürkün qurduğu Türkiye Cümhuriyyətində türk millətinin yenidən doğulmasından bəhs etməklə yanaşı, həm də Atatürkün bənzərsiz şəxsiyyətini ortaya qoyur.

Atatürk haqqında yazılmış ən əhatəli əsərlərdən daha biri ingilis tədqiqatçısı Endryu Manqoya məxsusdur. Kitab “Atatürk: Müasir Türkiyenin doğuşu” adlanır. Bir çox tarixi hadisələri sadə və aydın dillə, tamamilə obyektiv şəkildə oxucuya çatdıran müəllif kitabında Atatürkü təkcə liderlik keyfiyyətləri ilə deyil, həm də yaxın ətrafı və insani münasibətləri ilə də yaxından tanımağa imkan yaradıb. İlk dəfə 1963-cü ildə nəşr olunan və dünya tarixçiləri tərəfindən böyük rəğbətlə qarşılanan kitab Atatürk bioqrafiyaları arasında ən çox satılan kitablardan biridir.



Әlaqәli Xәbәrlәr