Türkiyenin Milli Kəşfiyyat Təşkilatı (MİT)

SETA – Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun araşdırmaçısı Can Acunun  "Türkiyenin Milli Kəşfiyyat Təşkilatı (MİT)" başlıqlı yazısı.

1898430
Türkiyenin Milli Kəşfiyyat Təşkilatı (MİT)

Həftənin Analizi-9-2022

Türkiyenin Milli Kəşfiyyat Təşkilatı (MİT) son illərdə İraq və Suriyada həyata keçirdiyi uğurlu əməliyyatlarla gündəmdədir. Dünyada sadəcə bir neçə kəşfiyyat təşkilatının əldə edə bildiyi insan və texniki imkanlarla dünyanın bir müxtəlif bölgələrində eyni vaxtda əməliyyatlar həyata keçirə bilir. Xüsusilə Türkiyenin 2015-2016-cı illərdə formalaşdırdığı yeni təhlükəsizlik doktrinası ilə milli təhlükəsizliyinə təhdidləri yerləşdiyi yerdə, yəni qaynağında məhv etməyə yönəlmiş strategiyanın həyata keçirilməsində əsas qurumlardan biri kimi ortaya çıxıb.

Türkiye çətin bir coğrafiyada, sözün əsl mənası ilə atəş dairəsinin içində yüksələn regional gücdür. Orta Şərqdən Afrikaya, Balkanlardan Orta Asiyaya qədər geniş bir bölgəsi var və bu bölgələrdə söz sahibi olmağa çalışan, həm yumşaq güc ünsürləri, həm də sərt hərbi gücü ilə təsirli olmağa çalışan bir ölkədir. Xüsusilə müdafiə sənayesi və son illərdə inkişaf etdirdiyi SİHA sistemləri ilə qlobal təsir yaratmağı bacaran bir ölkədir. Ancaq görürük ki, Türkiye yerləşdiyi coğrafiyadan qaynanlanan ciddi çətinliklərlə üzləşir. Təbii ki, bunların arasında ilk yeri tutanlar qonşu ölkələrdəki hakimiyyət boşluğu və terrordur.

Məlumdur ki, Türkiye uzun illərdir PKK-nın bölücü terroruna qarşı mübarizə aparsa da, xüsusilə İraq və Suriyada baş verənlər terrorun mahiyyətini və bununla da verilən cavabı da dəyişib. 15 iyul 2016-cı il dövlət çevrilişinə cəhddən sonra Türkiye milli təhlükəsizliyinə qarşı yönəlmiş terror təhdidlərinə qarşı bu təhdidləri qaynağında aradan qaldırmaq üçün strategiya qəbul etdi. Bu yeni strategiya böyük transsərhəd hərbi əməliyyatlar demək idi. "Fərat Qalxanı", "Zeytun Budağı", "Qətiyyətilik əməliyyatı" kimi böyük əməliyyatlar həyata keçirilib. Lakin ənənəvi hərbi yanaşmalarla yanaşı, Türkiye Milli Kəşfiyyat Təşkilatına böyük sərmayələr yatıraraq MİT-i bütün dünyada əməliyyat apara biləcək bir struktura çevirdi.

2012-ci ildə Baş Qərargah Elektron Sistemləri (GES) Komandanlığının MİT-in tərkibinə daxil edilməsi və MİT qanununda edilən hüquqi tənzimləmələr təsirli oldu. Belə ki, dəyişən dünya şəraiti və təhlükəsizlik təhdidləri qarşısında MİT-in hüquqi infrastrukturunu, texniki, kiber və insan potensialını artıraraq effektivliyinin gücləndirilməsi hədəfləndi. Burada mühüm amil kimi Təşkilatın sədri Hakan Fidanın şəxsi baxışı və liderliyi ön plana çıxsa da, təbii ki, Prezident Rəcəb Tayyib Ərdoğanın siyasi iradəsi və qətiyyəti həlledici oldu. Ərdoğan güclü Türkiye üçün güclü kəşfiyyata ehtiyac olduğunun şüuru ilə addım atdı.

Beləliklə, bütün müvafiq sahələrdə potensialı artırılan MİT xüsusilə İraq və Suriyada PKK və onun törəmələrinə qarşı çox mühüm əməliyyatlar həyata keçirməyə başladı. Terror təşkilatının dırnaqarası rəhbər kadrları təmizlənərkən, komanda-nəzarət strukturunun zəiflədilməsi və mənəvi motivasiya baxımından dağılması hədəflənib və bu çərçivədə böyük uğurlar əldə edilib. 2016-cı ildən 400-dən çox terrorçu MİT-in əməliyyat bölmələri sayəsində İraq və Suriyada zərərsizləşdirildi. Diyar Qərib kimi PKK/KCK mərkəzi icraiyyə komitəsi üzvlərindən Şenqalli kimi Sincardan məsul təşkilatda kilid olan adlar bir-bir zərərsiz hala gətirilərkən, Türkiye sərhəd xəttindən 275 km məsafədə bəzi əməliyyatlar həyata keçirildi. SİHA-ların çox təsirli istifadə edildiyi bu əməliyyatlara sahədəki agentlər tərəfindən nəzarət edilir. Yenə xüsusilə son aylarda təşkilatın bir çox ünsürü öldürülməyib, sağ saxlanılaraq Türkiyeyə gətirildi. Vizual olaraq da paylaşılan bəzi əməliyyatlar nəticəsində PKK daxilində ciddi dağılmaların olduğu müşahidə edilir. MİT-in bu əməliyyatları terror təşkilatı daxilində qorxu və çaxnaşma mühitini artıraraq təşkilatın dağılmasını və psixoloji çöküşü sürətləndirən təsirə malikdir.

Nəticə etibarı ilə Türkiye bir tərəfdən adi hərbi əməliyyatlar həyata keçirərkən, digər tərəfdən də imkan və qabiliyyətlərini hər mənada təkmilləşdirmiş, yeni strateji missiya və bacarıq əldə etmiş MİT ilə bir çox ölkədə eyni vaxtda həyata keçirdiyi əməliyyatlarla milli təhlükəsizliyinə təhdidləri aradan qaldırır. Dünyada yalnız bir neçə ölkənin kəşfiyyat təşkilatının çata biləcəyi bir güc qazanan MİT qlobal kontekstdə yüksələn bir təşkilat olaraq önə çıxır və Türkiyenin gücünə güc qatır. 



Әlaqәli Xәbәrlәr