Vitamin D çatışmazlığı

Vitamin D çatışmazlığı və təbii qaynaqları

1838601
Vitamin D çatışmazlığı

Sağlıq olsun_41_2022

Vitamin D nədir?

Vitamin D uşaqlar və böyüklər üçün ən vacib vitaminlər arasında yer alır.

Orqanizmdə məhdud şəkildə istehsal olunub və bədəndə 3-4 ay qorunan, yağda həll olan vitaminlər arasında iştirak edən Vitamin D-nin böyük nisbəti günəş işığında ultrabənövşəyi şüaların təsiri ilə dəridə sintez olunur. Baxmayaraq, az miqdarda olsa da bəzi qidalar ilə də orqanizmə daxil olur.

Vitamin D nə üçün həm uşaq həm də böyüklərin orqanizmində kifayət qədər olmalıdır?

Vitamin D-nin bədəndə bir çox rolu var. Bunlardan bəziləri belədir:

• Sümüklərin və dişlərin sağlam qalmasında dəstək olur.

• İmmunitet, beyin və sinir sistemi sağlamlığını artırır

• İnsulin səviyyələrini tənzimlər və diabetin idarə edilməsinə dəstək olur

• Ağciyər funksiyasını, ürək-damar sistemi sağlamlığını dəstəklər

• Xərçəngin inkişafında rol oynayan genlərə qarşı mübarizə edər.

Vitamin D çatışmazlığı uşaqlarda raxit kimi sümük deformasiyasına, yetişkinlərdə isə isə sümük və əzələ zəifliyinə səbəb olur.

Vitamin D çatışmazlığının simtomları

Vitamin D çatışmazlığı depressiya, sümük ağrısı, tez-tez virus infeksiyaları keçirmək, soyuqdəymə və yorğunluq kimi simptomlar göslərir.

Vitamin D-nin bədəndə normadan artıq olması isə qanda kalsium yığılmasına səbəb olduğu üçün bədən çəkisinin qeyri-iradi və sürətli azalması, yorğunluq, yer və zaman qavrayışının pozulması, qusma və ya qəbizlik, ürək və böyrək çatışmazlığı kimi simtomlarla ortaya çıxar.

Vitamin D ehtiyacımızı necə təmin etməliyik?

Orqanizmin ehtiyacı olan Vitamin D-nin ən önəmli mənbəyi günəş işığıdır ki, bu, ehtiyacımız olan vitaminin 95 faizini təşkil edir. Digər 5 faizi isə qidalardan təmin olunur. Bunun üçün dərinin birbaşa günəş işığı ilə təması olmalıdır. Geyim üzərindən və ya pəncərə arxasından alınan günəş işığı vitamin D əksikliyini ortadan qaldırmaz. Bəs demək olar ki, hər yaşda rast gəlinən vitamin D çatışmazlığı probleminin əsas səbəbi qapalı şəraitdə olmaq və kifayət qədər günəş işığından faydalana bilməməkdir. Xüsusilə isti yay günlərində, səhər və günortadan sonra gün işığında olmaq daha faydalıdır. Günəş işıqının yetərli miqdarı dəri rənginə, yaşa və günəşlənmə formasına görə dəyişir. Dəri rəngi tünd olanlar, vitamin D-nin dəri ilə sintez olunması üçün daha çox günəş şüaları almalıdılar.

Vitamin D baxımından zəngin qidalar isə bunlardır:

1- Qızıl balıq başda olmaqla somon, sardina, siyənək, qılınc balığı, ton balığı, skumbriya kimi yağlı balıqlar.

2- Yumurta sarısı

Yumurtanın ağ hissəsi zülallar, sarısı isə vitamin D baxımından zəngindir.

3- Portağal suyu,

4- Balıq yağı,

5- Süd və süd məhsulları

6. Brokkoli, yerkökü kimi tərkibində vitamin D olan tərəvəzlər, bəzi meyvələr,

7- Mal ciyəri

8- Toyuq,

9- Qırmızı ət,

10- Təbiətdə günəşə məruz qalan göbələklər.

Tərkibində ən çox vitamin D olan qidalar arasında göbələk ilk sırada iştirak edir. Bunun səbəbi göbələklərin də eyni insanlar kimi günəş vasitəsilə D vitamini sintez edə bilmələridir. Yeganə fərq isə göbələklər D2 insanlar D3 vitamini istehsal edər. Buna görə də göbələkdən alınan D2 vitamininin orqanizmdə təsiri D3 vitaminindən daha azdır.



Әlaqәli Xәbәrlәr