Ukrayna müharibәsinin Suriyaya tәsiri

SETA – Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun (Siyaset, Ekonomi ve Toplum Araştırmaları Vakfı) araşdırmaçısı Can Acunun mövzu ilǝ bağlı qǝlǝmǝ aldığı mәqalәsi.

1797581
Ukrayna müharibәsinin Suriyaya tәsiri

Rusiya ordusu Ukraynada itki vermәyә davam edir. Rusiya prezidenti Vladimir Putinin irrasional səhv hesablamaları Rusiyanı ciddi  tәcrid vәziyyәtinә salıb. Putinin Əsəd rejiminә sadiq olan hәrbçilәri Ukraynaya göndәrmәyә başlaması Ukraynadakı müharibәnin  Suriyadakı mümkün nəticələrinin gözləniləndən daha tez ortaya çıxa biləcəyini göstәrir.

Rusiya Ukrayna әrazisindә istәdiyi nәticәlәri әldә edә bilmәyib. Rusiya hәlә dә ölkәnin әhәmiyyәtli şәhәrlәrini nәzarәtinә keçirә bilmәyib. Rusiya ordusu Ukraynada ciddi itkilәr verir. Putinin Yaxın Şәrqdә minlәrlә könüllünün Rusiya ordusunun sıralarında döyüşmәk istәdiyi ilә bağlı verdiyi açıqlama diqqәtlәrin yenә Yaxın Şәrqә xüsusilә dә Suriyaya çevrilmәsinә sәbәb olub. Tәbii ki, Putinin Ukraynaya etdiyi hücumun Suriyaya da tәsiri olacaq. Bәşәr Әsәd rejiminә sadiq hәrbçilәrin Ukraynaya göndәrilmәsi bu prosesi sürәtlәndirәcәk.

Hәr şeydәn әvvәl Suriyadakı güc dinamikası Rusiya vә bu sәbәbdәn  dә Әsәd rejiminә qarşı dәyişmәyә başlayacaq. Rusiya Ukraynada keçirdiyi hәrbi әmәliyyat sәbәbindәn Suriyadakı hәrbi texnikasını vә xüsusilә dә tәcrübәli pilot vә xüsusi tәyinatlı qüvvәlәrini Ukraynaya göndәrmәyә başlayıb. Vaqner muzdlularının da Ukraynaya getdiyi bildirilir. ‘‘Bayraktar TB2’’ pilotsuz uçuş aparatlarının   Rusiyanın gücünə qarşı əldə etdiyi uğur Türkiyənin Suriyada da  ruslara qarşı əlini gücləndirir. Boğazların Rusiya hərbi gəmiləri üçün bağlanması Rusiyanın Suriyadakı hərbi gücünü zәiflәdir. Təbii ki, beynəlxalq təcriddə olan Rusiya iqtisadiyyatının Əsəd rejiminə nə qədər dəstək verə biləcəyi böyük müəmmadır.

Təbii ki,  başda ABŞ olmaqla qərb blokunun Suriyaya Rusiyanın oradakı hərbi mövcudluğuna və onun müttəfiqi mövqeyində olan Əsəd rejiminə baxışı da tamamilə dəyişəcək. Bәşәd Әsәd rejiminin  Rusiyanın dəstəyi ilə beynəlxalq legitimliyini bərpa etmək cəhdləri artıq mümkün deyil. Suriyada siyasi və hərbi güc dinamikası indi daha çox Türkiyə və Suriya müxalifətinin lehinә  olacaq. Əsəd rejiminin siyasi həlldən daha çox hərbi həllə üstünlük vermәsi  artıq mümkün görünən bir variant deyil. Yeni prosesdә  daha çox güzəştə gedərək siyasi həll prosesinә üstünlük vermәlidir, əks halda  yeni hərbi variantlarla üzləşə bilər.



Әlaqәli Xәbәrlәr