12 mart Türkiyədə İstiqlal Marşının qəbul edildiyi gündür

Bu marş, eyni zamanda, Şimali Kipr Türk Respublikasının, yəni Quzey Kıbrıs Türk Cümhuriyyətinin də milli marşıdır

449313
12 mart Türkiyədə İstiqlal Marşının qəbul edildiyi gündür

Qurtuluş Savaşının getdiyi zamanlarda - 1921-ci ilin 12 martında Türkiyə Böyük Millət Məclisi yarışma təşkil etdi və milli türk şairi Mehmet Akif Ersoyun şeiri Milli Marşın mətni olaraq qəbul olundu. Amma şair: "Allah bu milləti bir daha milli marş yazmaq məcburiyyətində qoymasın" dedi, sülh arzuladı.

Biz də bu əziz gündə türk millətinin simvollarından biri olan Türkiyə Milli Marşının qəbulunu bir daha hörmət və sevgiylə yad edirik.

Qorxma, sönməz bu şəfəqlərdə süzən al bayraq;

Sönmədən yurdumun üstündə yanan ən son ocaq.

O mənim millətimin ulduzudur, parlayacaq;

O mənimdir, o mənim millətimindir ancaq.

Çatma qurbanın olum, çöhrəni ey nazlı hilal!

Qəhrəman xalqıma bir gül! Nə bu şiddət, bu cəlal?

Sənə olmaz tökülən qanlarımız sonra halal...

Haqqıdır, haqqa tapan, millətimin istiqlal!

Mən əzəldən bəridir hür yaşadım, hür yaşarım.

Hansı çılğın mənə zəncir vuracaqmış, şaşarım!

Kükrəmiş sel kimiyəm, bəndimi çeynər, aşarım.

Yırtaram dağları, ənginlərə sığmam, daşarım.

Qərbin afaqın sarmışsa polad zirehli divar,

Mənim iman dolu köksüm kimi sərhəddim var.

Ulusun, qorxma! Necə belə bir imanı boğar,

Mədəniyyət dediyin tək dişi qalmış canavar?

Dostum! Yurduma alçaqları uğratma saqın.

Sipər et sinəni, dursun bu həyasızca axın.

Doğacaqdır sənə vəd etdiyi günlər Haqqın...

Kim bilir, bəlkə sabah, bəlkə sabahdan da yaxın.

Bastığın yerlərə "torpaq" deyərək keçmə, tanı:

Düşün altında minlərcə kəfənsiz yatanı.

Sən şəhid oğlusan, incitmə, yazıqdır atanı:

Vermə, dünyaları alsan da, bu cənnət vətəni.

Kim bu cənnət vətənin uğrunda olmaz ki fəda?

Şühəda fışqıracaq torpağı sıxsan, şühəda!

Canı, cananı, bütün varımı alsın bu xuda,

Etməsin tək vətənimdən məni dünyada cüda*.

Ruhumun səndən, ilahi, budur ancaq diləyi:

Dəyməsin məbədimin köksünə naməhrəm əli.

Bu azanlar ki, şəhadətləri dinin təməli,

Əbədi yurdumun üstündə mənim inləməli.

O zaman vəcd ilə min səcdə edər varsa daşım,

Hər cerihəmdan, ilahi, quruyub qanlı yaşım,

Fışqırır ruhi mücərrəd kimi yerdən nəşim;

O zaman yüksələrək ərşə dəyər bəlkə başım.

Dalğalan sən də şəfəqlər kimi ey şanlı hilal!

Olsun artıq tökülən qanlarımın hamsı halal.

Əbədiyyən sənə yox, xalqıma yox bil ki, zaval:

Haqqıdır, hür yaşamış, bayrağımın hürriyyət;

Haqqıdır, Haqqa tapan, millətimin istiqlal!



Әlaqәli Xәbәrlәr