Berqamanın ən köklü mədəniyyətlərə paytaxtlıq etdiyini bilirsinizmi?

Tarixdəki adı Perqamon olan bu antik şəhər dik bir təpə üzərində çətin, amma uğurlu bir şəhərsalma planlaması ilə qurulub, əhəmiyyətli yaşayış yeri olub

1729704
Berqamanın ən köklü mədəniyyətlərə paytaxtlıq etdiyini bilirsinizmi?

 

  Türkiyənin İzmir şəhərinin Berqama qəsəbəsinin tarixdə ən köklü mədəniyyətlərdən birinə paytaxtlıq etdiyini bilirsinizmi?

   İzmirin 130 km. şimalında yerləşən Berqama qəsəbəsi bir zaman dünyanın ən köklü mədəniyyətlərindən sayılan Berqama Krallığının paytaxtı olub.

  Ümumiyyətlə, 8500 illik tarixi keçmişə malik Berqama əsrlər boyu onlarla sivilizasiyaya ev sahibliyi edib.

  Tarixdəki adı Perqamon olan bu antik şəhər dik bir təpə üzərində çətin, amma uğurlu bir şəhərsalma planlaması ilə qurulub, əhəmiyyətli yaşayış yeri olub.

  10.000 nəfərlik Berqama teatrının dik yamacda görkəmli quruluşu, səhnə binasının Dionisos məbədilə arxitektura bağı onu ən məşhur antik teatrlardan biri edib.

  Elenistik (Helenistik) dövrdə su təminatı üçün çəkilən 45 kilometrlik su xətti o zaman üçün böyük memarlıq uğuru idi.

  Min illər boyu işğal və dağıntılara məruz qalan, buna baxmayaraq strateji mövqedə yerləşdiyi üçün həmişə yaşayış məskəni olan və tarix səhnəsindən heç zaman silinməyən İzmirin Berqama qəsəbəsi 2014-cü ildə Dünya Mədəniyyət Mirası Siyahısına düşüb.



Әlaqәli Xәbәrlәr