Fəlakətlərə qarşı Türk dünyasının  birgə mübarizəsinin əhəmmiyyəti

Türk İslam Araşdırmaları Mərkəzinin rəhbəri, Xəzər Universitetinin müəllimi Dr. Telman Nüsrətoğlunun “Fəlakətlərə qarşı Türk dünyasının  birgə mübarizəsinin əhəmmiyyəti” başlıqlı yazısı

1685419
Fəlakətlərə qarşı Türk dünyasının  birgə mübarizəsinin əhəmmiyyəti
Azerbaycan-yangın yardım-2.jpg
Azerbaycan-yangın yardım-1.jpg

Dünya yeni bir nizamın, güc dəyişiminin astanasındaykən, Türk dünyasında da  Ankaranın aktiv roluyla  inteqrasiya  prosesləri  artaraq davam edərkən Türkiyədə və dünyanın müxtəlif yerlərində baş verən yanğınlar artıq Türk İslam aləminin ekoloji fəlakət, hibrit müharibələr, asimmetrik hücum və iqlim dəyişiminə qarşı da birgə tədbirlər, əməkdaşlıq məsələsini gündəminə almasını vacib etmiş, kədərdə və sevincdə qədər  birliyi sərgiləməsinin əhəmmiyətini ortaya qoymuşdur. Üzərində müxtəlif güclərin hesablarının olduğu, təbii sərvətləri, möcüzəvi füsunkarlıqda doğal gözəllikləriylə məhşur olan, dünya iqtisadi və siyasi proseslərinin yönünün bəlirlənməsində kritik rola sahib bir coğrafiyada yerləşmək ayrıca hər zaman ayıq və hazırlıqlı olmağı tələb edir. Başqa bir tərəfdən dünyanın təbii resurslarının gedərək azalması, insanlığın təbiət üzərindəki məsuliyyətsiz oyunlarının iqlim böhranlarına, qlobal istiləşməyə səbəb olması geopolitik  mübarizə və rəqabət vasitələrinin də dəyişməsinə səbəb olmuşdur. Bu durum Türk dünyası üçün yetişmiş insan amilinin, elm və texnoligiya sahəsində çağın ehtiyaclarına, artan  çox şaxəli təhdidlərə cavab verəcək yatırım və ortaqlıqların, yardımlaşmanın nə qədər vacib olduğunu da bir daha bizlərə göstərmişdir. Azərbaycan-Türkiyə qardaşlığı timsalında çətin zamanlar, fəlakət və imtahan anlarında sərgilənən həmrəylik və yardımlaşmanın qardaş toplumların qəlblərini bir-birinə bağlayan önəmli bir amil olduğunu yanğınların söndürülməsi uğrunda mübarizədə də görürük. Zatən tək millət iki dövlətin tarixin dərinliklərindən bəslənən qardaşlığının elə son əsrlərdə misilsiz nümunələri, dastanlara mövzu olacaq hadisələri yaşanmışdır. Balkan və Birinci Dünya müharibələri dövründə Azərbaycan Türkləri Osmanlı dövlətinin zəfəri üçün əlindən gələn dəstəyi əsirgməmiş, Çarlıq Rusiyasının müstəmləkəsi altında yaşananlarına baxmayaraq çox sayıda gənc cəbhəyə Osmanlı torpaqları uğrunda savaşmağa getmiş, xalqın müxtəlif təbəqələri Qafqaz cəbhəsindən əsir alınaraq dəmir yollarıyla Azərbaycan üzərindən Rusiyadakı əsir düşərgələrinə göndərilən soydaşlarına  kömək etmək üçün çırpınmış, Bakıda, Gəncədə qurulan Müsəlman Xeyriyyə Cəmiyyətləri Osmanlının işğal edilmiş  şərq vilayətlərində Erməni çətələrinin zülmünə məruz qalmış yetim uşaqları alıb gətirərək Gəncə və Bakıdakı yetimxanalara yerləşdirmişdir. Yenə başdan-başa işğal edilmiş Azərbaycan Bolşevik Erməni silahlı dəstələrinin hakimiyyəti altında ağır günlərini yaşayarkən özü də ölüm-qalım savaşı yaşayan Türkiyə Qafqaz İslam Ordusunu quraraq Azərbaycanın yardımına tələsmiş, Gəncədən Bakıya qədər yüzlərlə şəhid verərək Azərbaycanı qurtarmış, ölkə istiqlalının sərhədlərini süngüsüylə çəkmişdir. Yenə Türkiyə milləti və dövlətiylə  Sovet əsarətindən xilas olma mübarizəsi aparan Azərbaycan xalqının, Türk dünyasının yanında yer almış, birinci və ikinci Qarabağ müharibəsi dövründə qardaşlıq yardımını əsirgəməmişdir. Xüsusiylə cənab Ərdoğanın rəhbərliyi dövründə  birmənalı dəstəyiylə Türkiyə Qarabağ zəfərinin əldə edilməsində böyük rol oynamışdır. Şübhəsiz bu sevinc, kədər və qədər birliyi Pakistana qədər uzanan geniş  mədəniyyət arealında hissiyat və milli şüur oyanışına da səbəb olmuşdur.

Türkiyədəki yanğınlar bütün Türk İslam aləminin dərin üzüntüsünə səbəb olsa da, Azərbaycan FHN-ə aid yanğın söndürən əsgərlərin Türkiyənin ağacını, meşəsini, kəndini həm də öz ağacı, meşəsi, kəndi kimi görərək yanğını söndürmək üçün canla-başla çalışması, alovlar arasındakı bir evin içindən Türk bayrağını çıxararaq oddan qoruması yenə tarixi duyğu yüksəlişinin yaşanmasına səbəb olmuşdur. Azərbaycandakı Türkiyə Məzunu Ziyalılar və İş Adamları Platformunun yanğından zərər çəkmiş Manavqat kəndlilərinə dəstək üçün başlatdığı yardım kampanyası, Türk dünyasında oraların yenidən ağaçlandırılması üçün edilən  bağışlar bu böyük mədəniyyət arealının duyğu,  düşüncə və yardımlaşmada bütünləşdiyini göstərmişdir. Azərbaycan-Türkiyə qardaşlığının artan müxtəlif yönlü  təhlükə və təhdidlər qarşısında bu mənada  bütün Türk İslam dövlətləri üçün gözəl bir yardımlaşma və güc birliyi model olduğu da görülməlidir.



Әlaqәli Xәbәrlәr