Hər il qeyd olunan "Məsir məcunu"nun təxminən 500 illik tarixi olduğunu bilirsinizmi?

Şəfalı bir qida sayılan Məsir məcununun ortaya çıxması tarixi bir hekayəyə əsaslanır.

1660990
Hər il qeyd olunan "Məsir məcunu"nun təxminən 500 illik tarixi olduğunu bilirsinizmi?
mesir.jpg
mesir.jpg

Şəfalı bir qida sayılan Məsir məcununun ortaya çıxması tarixi bir hekayəyə əsaslanır. Qanuni Sultan Süleymanın anası Hafsa Sultan Manisa şəhərində qeyri-müəyyən xəstəliyə tutulub. Bu xəstəliyi müalicə etmək üçün Sultan Məscidi Mədrəsəsinin həkimi 41 növ ot və ədviyyat qarışığından ibarət bir məcun hazırlayır. Məsir məcunu adı ilə zəmanəmizə gəlib çatan bu şəfalı qarışıq qısa müddətdə Hafsa Sultanı sağlamlığına qovuşdurur. Sultan yaxşılaşmasına kömək edən Məsir məcununun hər il Novruz həftəsində, yəni 21 mart həftəsində xalqa paylanmasını istəyir. Kiçik kağızlara bükülmüş məcun Sultan məscidindən xalqa paylanır. O tariixdən bəri hər il eyni vaxtda Manisada festivallar təşkil edilərək Sultan Məscidi ətrafında toplanan insanlara Məsir məcunu paylanır.

Məsir məcunu nəsildən-nəsilə ötürülən ənənəvi məlumatlara uyğun olaraq hazırlanır. Tərkibində cirə, qara zirə, xardal toxumu, hindistan qozu yağı, hill, qara istiot, qərənfil, adi cirə, keşniş, ravənd, zəfəran, saqqız, darçın, vanil, istiot, zəncəfil, qalanqal, portağal qabığı, sənəməki, razyana kimi bitki və ədviyyatlar var. . Bu ədviyyatların təsiri ilə Məsir məcununun bir çox faydası var. Ən çox bilinən müsbət təsiri isə, təbii ədviyyatın qarışması səbəbindən verəcəyi qüvvət, enerji və güc olaraq ifadə edilə bilər. Ayrıca ekzema və bəzi dəri xəstəlikləri üçün də faydalıdır. İçindəki ədviyyatlar səbəbiylə öskürəklə tənəffüs sistemini rahatlatdığı üçün soyuqdəymə müalicəsində istifadə olunur. Tərkibindəki bəzi ədviyyatlar ağrıkəsici xüsusiyyətlərə malik olduqları üçün revmatik xəstəliklər üçün də faydalıdır.



Әlaqәli Xәbәrlәr