İraqın şimalında hәyata keçirilәn ‘‘Pәncә Şimşәk’’ vә ‘‘Pәncә İldırım’’ әmәliyyatları

SETA – Siyasət, İqtisadiyyat və Cəmiyyət Araşdırmaları Fondunun (Siyaset, Ekonomi ve Toplum Araştırmaları Vakfı) araşdırmaçı-yazarı Can Acunun mövzu ilә bağlı məqaləsini təqdim edirik.

1630966
İraqın şimalında hәyata keçirilәn ‘‘Pәncә Şimşәk’’ vә ‘‘Pәncә İldırım’’ әmәliyyatları

Türkiyәnin PKK terrorçularına qarşı mübarizәsi qәtiyyәtlә davam edәrkәn Milli Müdafiә Nazirliyi İraqın şimalında ‘‘Pәncә Şimşәk’’ vә ‘‘Pәncә İldırım’’ әmәliyyatlarına start verdiyini açıqladı. Türkiyәnin bahar vә yay aylarında İraqın şimalında böyük әmәliyyatlar keçirәcәyi gözlәnilirdi.

Türkiyә terror tәşkilatı PKK-ya qarşı hәm ölkә daxilindә, hәm dә sәrhәddәn kәnarda mübarizәsini qәtiyyәtlә davam etdirir. Bu strategiyanın son illәrdә ciddi nәticәlәr verdiyini görürük. Terror tәşkilatının Türkiyәdә hücum törәtmә qabiliyyәti minimum sәviyyәyә endirilib.Çöldәki terrorçuların sayı isә 300-ün altındadır.   Ancaq Türkiyә Suriya vә İraqda terror tәşkilatı PKK-ya qarşı mübarizәsi davam etdirir. Türkiyәnin bu bölgәlәrdәki әsas strategiyası ilk növbәdә terror tәşkilatının Türkiyә sәrhәd xәttindәn uzaqlaşdırılmasına, bölgә hakimiyyәti vә әrazi nәzarәtinin sona çatdırılmasına  vә İraq-Suriya xәttindәki bağının tamamilә qoparılmasına әsaslanır.  Bu çәrçivәdә Türkiyә Silahlı Qüvvәlәri İraqın şimalındakı Metina vә Avaşin-Basyan bölgәlәrindә yeni әmәliyyatlara start verib.

‘‘Pәncә Şimşәk’’ vә ‘‘Pәncә İldırım’’ olaraq adlandırılan bu әmәliyyatlar çәrçivәsindә Türkiyә İraqın şimalındakı dağlıq әrazilәri terror tәşkilatı PKK-dan tәmizlәmәk niyyәtindәdir. Hәrbi hava qüvvәlәri  vә quru qoşunlarının iştirak etdiyi әmәliyyatlarda bölgәdәki strateji әhәmiyyәtә malik yüksәkliklәrә xüsusi tәyinnatlı qüvvәlәr vә komandolar yerlәşdirilib. Türkiyә Silahlı Qüvvәlәrinin strateji әhәmiyyәtә malik yüksәkliklәri nәzarәt altına aldıqdan sonra burada hәrbi bazalar quracağını nәzәrdә tuta bilәrik. Belәliklә hәm Türkiyә sәrhәd xәttinin tәhlükәsizliyi tәmin edilәcәk, hәm dә tәşkilatın bölgәdәki tәlim  sahәlәri vә düşәrgәlәri mәhv edilәcәk. İndiyәdәk  bölgәdәki PKK terrorçuları ciddi müqavimәt göstәrә bilmәyib. Terror tәşkilatının bölgәdәki mövqelәrinin әksәtiyyәti mәhv edilib, hәmçinin terror tәşkilatının 60-dәk üzvü zәrәrsizlәşdirilib.

Türkiyә Silahlı Qüvvәlәrinin bu bölgәdәki istehkamından sonra 2021-ci il әrzindә daha cәnubda yerlәşәn Qare bölgәsi vә Kandilә doğru hәrәkәt edib  hәrbi әmәliyyatlar hәyata keçirәcәyini tәxmin edә bilәrik.

Türkiyә İraqın Sincar bölgәsindәki proseslәri dә tәqib etmәyә davam edәcәk. Әgәr Bağdad-Әrbil arasında daha әvvәl әldә olunan razılaşma çәrçivәsindә bu bölgә terror tәşkilatı PKK-nın bütün ünsürlәrindәn tәmizlәnmәsә Türkiyә Silahlı Qüvvәlәrinin Sincarı hәdәf alma ehtimalı var.

 



Әlaqәli Xәbәrlәr