Novruz bayramının bu günə gəlib çıxmış ən qədim türk ənənələrindən biri olduğunu bilirsinizmi?

Tarix boyu hər dövrdə fərqli şəkildə qeyd olunsa da Novruz türklərin ən qədim bayramlarından biridir.

1608933
Novruz bayramının bu günə gəlib çıxmış ən qədim türk ənənələrindən biri olduğunu bilirsinizmi?
nevruz-2.jpg

Tarix boyu hər dövrdə fərqli şəkildə qeyd olunsa da Novruz türklərin ən qədim bayramlarından biridir. Türk mədəniyyətində Novruz doğuş, dirilmə mənasını verir. Həm də baharın başlanğıcı hesab olunur. Novruzu qeyd etmə tədbirlərinin başqa bir adı "Ərgənəqon bayramı" dır. Bu ad hələ keçmişdən bu günə qədər müxtəlif türk tayfaları arasında canlılığını qoruyub saxlayır. Novruz Orta Asiyada Orxon bölgəsindən Altaylara, oradan da Hun türklərinin Avropaya yürüşü ilə Macarıstana və Balkana çatdı və 9-cu əsrdə Xəzərin cənubundan Anadoluya və Mesopotamiyaya köçərək daha geniş bir coğrafiyada yerləşmişdir. Türklər tarix boyu fərqli coğrafiyalarda yaşamalarına və fərqli dinlərə inandıqlarına baxmayaraq həmişə Novruzu qeyd ediblər.
Cümhuriyyətin elanı ilə daha geniş iştirakla və coşğu ilə hər il qeyd olunan Novruz gələcəkdə Türk dünyasının ortaq dəyəri olmağa davam edəcəkdir.



Әlaqәli Xәbәrlәr