"İrini" qalmaqalı

SETA-da vəzifəli dossent Murat Yeşiltaşın “İrini qalmaqalı” adlı analitik yazısı.

1535247
"İrini" qalmaqalı

Keçən həftə gündəmində Türkiyənin Avropa İttifaqı və xüsusilə də Almaniya ilə əlaqlərinə ciddi mənada mənfi təsir göstərən biabirçılıq yer aldı.  
Liviyaya boya və humanitar yardım daşıyan "Roselina-A" adlı Türkiyə bayraqlı ticarət gəmisi "İrini" əməliyyatı missiyası çərçivəsində "Hamburq" adlı alman freqatı tərəfindən dayandırıldı, Türkiyənin icazəsi olmadan freqatda vəzifə icra edən əsgərlər gəmiyə helikopterlərlə daxil oldular və zorla axtarış apardılar. 
Aİ tərəfindən bu ilin əvvəlində Liviyaya qarşı silah embarqosuna nəzarət etmək çərçivəsində keçirilən Əməliyyat İrini Hərəkat Mərkəzinin verdiyi açıqlamada BMT Təhlükəsizlik Şurasının qərarları çərçivəsində Türkiyə bayraqlı "Roselina-A" ticarət gəmisinə daxil olundu, bayraq dövlətindən icazə alınması barədə cavab gəlmədiyi halda, Benqazi limanına təqribən 160 ml şimalda beynəlxalq sularda hərəkət edən gəmiyə daxil olunduğu, gəmi kapinatı və ekipajın kooperativ hərəkət etdiyi və bayraq dövlətinin gəminin axtarılmasına etiraz etdiyinin başa düşülməsilə yanaşı əməliyyatın dayandırılıb, gəmidən ayrılıb maşrutunda irəliləməsinə icazə verildiyi ifadə edilib. Həmçinin axtarış zamanı gəminin heç bir qanunsuz yük daşımadığının məlum olduğu da açıqlamada yer alıb.  Əməkdaşlıq edən gəmi kapitanı və ekipajına cinayətkar yanaşıldığı mediaya əks edən görüntülərdə açıq-aydın görünür.
Ən əsası isə, Türkiyənin icazəsi olmadığı məlum olduqda axtarılışın dayandırılıb gəminin sərbəst buraxıldığı ifadə edilib. Bu ifadə əsasən bayraq dövlətinin icazəsi olmadan gəmidə axtarış aparıla bilməyəcəyinin açıq göstəricisidir. Elə məlum olur ki, alman döyüş gəmisi "Hamburq" heyətinin, bağlı olduğu Almaniya Müdafiə Nazirliyinin veb saytında göstərilən qaydalara məhəl qoymadığı və Türk bayraqlı ticarət gəmisi "Roselina-A"-ya qarşı qanunsuz müdaxilə etdiyi məlum olur. Bayraq dövlətin icazəsi yoxdur, gəmi kapitanının razılığı da eləcə, haydut kimi gəmiyə daxil olub, qeyri-qanuni şəkildə axtarış aparıblar və axırda da "Türkiyənin icazəsi olmadığından axtarışa son qoyub gəmidən ayrıldıq" deyə qəribə bir açıqlama veriblər.
Sözügedən müdaxilədə Alman gəmisinin öz qaydalarını belə pozduğunu bir tərəfə qoysaq, Türkiyə "məqsədi və faydaları mübahisəli" və "qərəzli"  bir təşəbbüs kimi xarakterizə etdiyi əməliyyat "İrini" çərçivəsində özünə qarşı sanksiya tətbiq edilməsinə sərt şəkildə etiraz edir. Çünki bu təşəbbüsün arxasındakı dövlətlərin başında yer alan Fransanın Liviyaya qarşı silah embarqosunu ən çox pozan və bu ölkədəki qanuni hökuməti devirməyə cəhd göstərən güclərin başında olduğu hər kəsə məlumdur.
BMT Təhlükəsizlik Şurasının Liviyaya qarşı silah embarqosu qərarları bəhanə edilərək həyata keçirilən "İrini" əməliyyatı Fransa kimi Aİ ölkələrinin öz maraqları istiqamətində dizayn etdiyi Şərqi Aralıq dənizi siyasətinin vasitəsinə çevrilərkən, Almaniyanın buna dəstəyi həm Berlin, həm də Brüssel üçün əhəmiyyətli mənfi nəticələri olacaq bir hadisədir.
2004-cü ilin may ayında səhvən Cənubi Kıbrıs Rum icmasını Aİ üzvü kimi qəbul edərkən Şərqi Aralıq dənizi problemlərinin bir parçası halına gələn Aİ-nin indi də Liviya ilə əlaqədar eyni səhvi davam etdirmək istiqamətindəki yanaşmasını davam etdirdiyi müşahidə olunur.



Әlaqәli Xәbәrlәr