Türkiyә ilә Ukrayna arasındakı münasibәtlәr

‘‘Avrasiya gündәmi’’ proqramının bu günkü hissәsindә Ukrayna Baş nazirinin müavini Oleq Uruskinin rәhbәrliyindәki nümayәndә hetyәtinin Türkiyәyә etdiyi sәfәri vә iki ölkә arasındakı münasibәtlәri  qiymәtlәndirәcәyik.

1483707
Türkiyә ilә Ukrayna arasındakı münasibәtlәr

 

 

‘‘Avrasiya gündәmi’’ proqramının bu günkü hissәsindә Ukrayna Baş nazirinin müavini Oleq Uruskinin rәhbәrliyindәki nümayәndә hetyәtinin Türkiyәyә etdiyi sәfәri vә iki ölkә arasındakı münasibәtlәri  qiymәtlәndirәcәyik.

 2020-ci ilin 26 avqust tarixindә Ukrayna Baş nazirinin müavini Oleq Uruski Türkiyәyә sәfәr edib. Oleq Uruski paytaxt Ankarada Türkiyә Müdafiә Sәnayesinin rәhbәri İsmail Demir ilә görüşüb vә tәrәflәr arasında әmәkdaşlığa dair anlaşma memorandumu imzalanıb.  Uruski daha sonra Türkiyәnin milli müdafiә naziri Hulusi Akar, sәnaye vә texnologiya naziri Mustafa Varankla ayrı-ayrılıqda görüşüb. Keçirilәn görüşlәrdә aviasiya, kosmos, gәmi inşaatı, müdafiә sәnayesi kimi strateji sahәlәrdәki әmәkdaşlıq müzakirә olunub. 2020-ci ilin 27 avqust tarixindә Ukrayna Baş nazirinin müavini Uruski prezident Rәcәb Tayyib Әrdoğan tәrәfindәn qәbul edilib. Prezident Әrdoğan  2020-ci ilin 23 avqust tarixindә Ukrayna prezidenti Vladimir Zelenski ilә ikitәrәfi әlaqәlәrin gündәmini zәbt edәn mәsәlәlәri müzakirә etmişdi.

Türkiyә sәnaye vә texnologiya naziri Mustafa Varank Uruski ilә keçirdiyi görüşdә Türkiyәnin silahlı pilotsuz uçuş aparatlarını (SİHA) Ukraynaya tәdarük etdiklәrini açıqlayıb.

Yeri gәlmişkәn qeyd edәk ki, Türkiyә keçәn il Ukraynaya pilotsuz uçuş aparatı (PUA) tәslim etmişdi. Bu sahәdә iki ölkә arasındakı münasibәtlәr yüksәk sәviyyәdә davam edir. Ukrayna nümayәndә heyәtinin sәfәri çәrçivәsindә 2020-ci ilin 29 avqust tarixindә İstanbul vә Ukrayna aviasiya qrupu UKRAVİAPROM arasında әmәkdaşlığa dair müqavilә imzalanıb.

Ukrayna nümayәndә heyәti Türk Aviasiya vә Kosmos Sәnayesi şirkәti Aselsan vә Roketsan başda olmaqla bu sahәlәrdә fәaliyyәt göstәrәn  Türk şirkәtlәrinin fәaliyyәtinә baxış keçirib. Ziyarәtlә bağlı yayılan xәbәrlәrdә Türkiyә vә Ukraynanın Antonov tәyyarәsini birgә istehsal etmәlәri mәsәlәsindә texniki görüşlәrin başladığı bildirilmişdi.

Uruski Türkiyәyә sәfәr etmәzdәn әvvәl Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu, Prezident Aparatının sözçüsü İbrahim Kalın vә Türk müdafiә vә avizsiya şirkәti Baykar Müdafiәnin Baş direktoru  Haluk Bayraktar Ukrayna dövlәt ordeni ilә tәltif olunublar. Bu barәdә  Ukrayna prezidenti Vladimer Zelenski sәrәncam  imzalanıb.

Pandemiya dövründә yaşanan manealara baxmayaraq iki ölkә arasındakı münasibәtlәr inkişaf edir. Türkiyә bu çәrçivәdә ukraynalı turistlәrә öz qapılarını açıb vә indiyәdәk 200 mindәn çox ukraynalı Türkiyәdә istirahәt etdi.

2020-ci ilin ilk yarısında iki ölkә arasındakı ticarәt hәcmi keçәn ilin eyni dövrü ilә müqayisәdә 1,7 % artaraq 2,27 milyard dollar tәşkil edib. Türkiyә-Ukrayna münasibәtlәri hәr cәhәtdәn inkişaf edir. Ukrayna xarici işlәr nazirinin müavini Әminә  Çabbar 2020-ci ilin 23 avqust tarixindә ölkәsinin Türk Şurasına müşahidәçi qismindә qatılmaq  istәdiyini açıqlayıb. Türkiyә bu xahişi  şuranın gündәminә daxil edәcәk. Uruskinin Türkiyәyә etdiyi sәfәr müdafiә sәnayesi sahәsindә iki ölkә arasındakı münasibәtlәri daha yüksәk sәviyyәyә çatdıracaq.



Әlaqәli Xәbәrlәr