Rusiyada keçirilәn referendumun nәticәlәri

‘‘Avrasiya gündәmi’’ proqramının bu günkü hissәsindә  Rusiya Federasiyasında 2020-ci ilin 1 iyul tarixindә keçirilәn referendumu qiymәtlәndirәcәyik.

1450068
Rusiyada keçirilәn referendumun nәticәlәri

 

‘‘Avrasiya gündәmi’’ proqramının bu günkü hissәsindә  Rusiya Federasiyasında 2020-ci ilin 1 iyul tarixindә keçirilәn referendumu qiymәtlәndirәcәyik.

 

2020-ci ilin 25 iyun- 1 iyul tarixlәri arasında Rusiya Federasiyasında konstitusiya dәyişikliyi ilә bağlı referendum keçirilib. Referendumun rәsmi tarixinin  iyulun birindә olmasına baxmayaraq sәsvermә prosesi koronavirus epidemiyası ilә әlaqәdar iyunun 25-dә başlayıb. Aprelin 22-dә keçirilmәsi planlaşdırılan ancaq epidemiya sәbәbindәn tәxirә salınan referendumda ölkә әhalisinin 65 faizi iştirak edib. Rusiya Mәrkәzi Seçki Komissiyasının mәlumatına görә, sәsvermә prosesindә iştirak edәnlәrin 72,92 faizi konstitusiya dәyişikliyini dәstәklәyib. Mәlumata görә, konstitusiya dәyişikliyini әn çox dәstәklәyәn respublikalar Çeçenistan vә Tuva olub. Rusiya Mәrkәzi Seçki Komissiyasının mәlumatına әsasәn, sesvermә prosesi zamanı ciddi pozuntular yaşanmayıb.

Keçirilәn referendum ilә konstitusiyanın 22 maddәsindә 206 dәyişiklik edilib. Keçirilәn referendumun әn әhәmiyyәtli mövzusu şübhәsiz ki, Vladimir Putinin yenidәn iki dövr dә seçilmәsidir. Edilәn dәyişikliklәr arasında Rusiya Federasiyasında yaşayan Türklәrin gәlәcәyini maraqlandıran dәyişikliklәr dә var.  Konstitusiyada Rusiya Federasiyasının rәsmi dilinin rus dili vә ölkәnin qurucularının rus xalqı olduğu vurğulanıb.

Son illәrdә Rusiyadakı bәzi muxtar bölgәlәrin qonşu şәhәrlәrlә birlәşdirilmәsi mövzusu gündәmi zәbt edib. Keçirilәn referendum Kremlin bu istiqamәtdәki adımlarını sürәtlәndirmәk üçün bir zәmin yarada bilәr.

Rusiya keçirilәn referendumla Krımın ilhaqını tәstiqlәmәk istәdi. Lakin Krımın dünyanın əksər ölkələri tərəfindən Ukrayna ərazisi kimi qəbul edilməsi dəyişməyəcək. Qәrb ölkәlәri keçirilәn referendumla bağlı fikirlәrini dilә gәtirdilәr.

Qərbin referendumla bağlı fikrinin  Rusiyanı narahat etmədiyini söylǝyǝ bilǝrik.  Rusiya  SSRİ dövründə olduğu kimi, keçmiş müttəfiq dövlətlərlə yeni bir birlik yaratmağa çalışır. Rusiyanın hazırkı iqtisadi sistemi Kremlin bu tələblərini yerinə yetirməsindəki  ən böyük maneə kimi nәzәrә çarpır.

Qeyd edәk ki, Rusiyada keçirilən referendum ölkədəki mövcud şərtlər baxımından qısa müddətdə böyük dəyişikliklər vəd etmir. Rusiyadakı Türk xalqlarının mümkün mәnfi proseslәrә qarşı müdafiә edilmәsi üçün  Türkiyә rәhbәrliyindә Türk Cümhuriyyәtlәri bir-biri ilә әlaqәlәrini daha da inkişaf etdirmәlidirlәr vә  digәr tәrәfdәn Rusiya ilә daha sıx әmәkdaşlıq etmәlidirlәr.



Әlaqәli Xәbәrlәr