Türkiyənin tibbi və ətirli bitki ixracatında ilk sıralarda olduğunu bilirsinizmi?

Türkiyənin tibbi və ətirli bitki yetişdirilməsində qabaqcıl ölkələrdən biri olduğunu bilirsinizmi?

1449230
Türkiyənin tibbi və ətirli bitki ixracatında ilk sıralarda olduğunu bilirsinizmi?

 

  Tibbi və aromatik bitkilər xəstəliklərin qarşısını almaq, həyatı sağlam yaşamaq və insanı yaxşılaşdırmaq üçün dərman olaraq istifadə edilən bitkilərə verilən addır.

  Malik olduğu ekoloji şərtlərə görə bir çox bitki növünün ana vətəni olmuş Türkiyə tibbi və ətirli bitkilər baxımından da son dərəcə zəngindir.

  Türkiyədə təbiətdən toplanan bitki növlərindən təqribən 100-ə yaxını ixrac edilir. Təxminən 20 cür tibbi və aromatik bitki isə xüsusi kənd təsərrüfatı sahələrində yetişdirilir.

  Türkiyənin ən çox ixrac etdiyi bitkilər kəklikotu, xaşxaş, dəfnə yarpağı, çay, cirə, zirə, adaçayı, mahlep, qırmızı bibər və yaşıl çay növləridir.

  Kəklikotu, zirə, dəfnə yarpağı və xaşxaş ixracatında Türkiyə dünyanın ən mühüm ölkələrindən biridir. Hər il təxminən 4-7 min ton arasında dəyişən ixracat miqdarı ilə dünyada ən çox kəklikotu ixrac edən ölkə olan Türkiyə bundan ildə 10-16 milyon Amerika dolları qazanır.

 



Әlaqәli Xәbәrlәr