Prezident Rəcəb Tayyib Ərdoğanın Moskvaya reallaşdırdığı səfər

“Avrasiya gündəmi” proqramının bu günkü hissəsində prezident Rəcəb Tayyib Ərdoğanın Moskvaya reallaşdırdığı səfərini qiymətləndirəcəyik.

1375766
Prezident Rəcəb Tayyib Ərdoğanın Moskvaya reallaşdırdığı səfər

Avrasiya gündəmi_11

Prezident Rəcəb Tayyib Ərdoğan 2020-ci il martın 5-də Moskvaya birgünlük işgüzar səfər etdi. Səfərin mövzusu İdlib problemi idi və məlum olduğu kimi 27 fevralda Türkiyə ordusu İdlib çölündə 34 şəhid verdi və sonra da Türkiyə Silahlı Qüvvələrinin cavab verməsi nəticəsində təcavüzkar rejim qüvvələrinə zərbə endirildi, Türkiyə sərhədinə yeni köç dalğası başladı. Xülasə İdlibdə gərginlik dərinləşdi.

Kremlində dalbadal keçirilən görüşdən sonra Suriyada zamin ölkələr olan Türkiyə və Rusiya arasında razılıq əldə olunduğu bildirildi. Qəbul edilən razılaşmaya əsasən, 6 mart 2020-ci il tarixindən tutmuş İdlibdə atəşkəs elan edildikdə, M4 yolunun şimalı və cənubunda 6 km dərinlikdə təhlükəsizlik dəhlizi yaradılacaq. Həmçinin Türkiyə və Rusiya əsgərləri martın 15-dən tutmuş bölgədə birgə patrul xidməti göstərəcəklər. Bu razılaşma çərçivəsində sadəcə İdlib probleminin həlli cəhətdən deyil, Türkiyə-Rusiya əlaqələrinin gələcəyi, bölgənin sabitliyi baxımından da böyük əhəmiyyət daşıyır.

Moskvada düzgün addım atılması iki ölkənin də marağınadır. Rusiya Türkiyə ilə əlaqələrini korlayaraq enerji, nəqliyyat, müdafiə, qida təhlükəsizliyi kimi strateji sahələrdə etibarlı strateji tərəfdaşını itirəcək idi və bunların bərpası isə rəsmi Moskva üçün asan olmayacaq idi. Rusiyanın Qara dəniz ətrafı, Cənubi Qafqaz, Orta Şərq və Şimali Afrikada rahat hərəkət edə bilməsi Türkiyə ilə qurduğu yaxşı əlaqələrdən asılıdır. Rus turistlər baxımından Türkiyənin yerini doldura biləcək başqa bir ölkənin mövcudluğundan danışmaq çətindir.  

Rusiya rəhbbərliyi əgər Suriya məsələsi ucbatından Türkiyə ilə düşmən olmağı düşünsə Rusiya Federası tərkibindəki deyil, Müstəqil Dövlətlər Birliyi coğrafiyasındakı Türk və müsəlman xalqların mövqeləri də nəzərdə tutulmalıdır. Türkiyənin o coğrafiyadakı yumşaq gücü və nüfuzuna qiymət verilməli, gözdən yayındırılmamalıdır.

Türkiyə cəhətdən Suriyanın şimalında təhlükəsizlik zonasının yaradılması ölkə hakimiyyətinin davamlı olması məsələsidir. Həm bölgədən terrorçuların təmizlənməsi, həm yeni qaçqın axınının qarşısının alınması üçün təhlükəsizlik bölgəsinin yaradılması zəruridir. Suriya böhranı baş verdiyi zaman Suriyaya üz tutan qlobal qüvvələrin əksəriyyəti hazırda kənara çəkilərək problemə uzaqdan tamaşa etməyə üstünlük verirlər. Bu səbəbdən Türkiyənin qərbindəki sərhəd-keçid məntəqələrini qaçqınların üzünə açması haqlı bir həmlədir. Türkiyə Suriya böhranının başladığı gündən bəridir suriyalı qaçqınları ən yaxşı şəkildə qonaq etdi. Hazırda isə onları Suriyanın şimalında yerləşdirərək problemi kökündən həllə qovuşdurmağı planlaşdırır.

5 mart 2020-ci il tarixindəki Türkiyə-Rusiya razılaşması Suriya böhranını tamamilə həll etməməklə yanaşı, problemin daha da dərinləşməsinin qarşısını aldı. Razılaşma mətninin ərəbcə hazırlanmaması Əsədin Türkiyə ilə əlaqəli təmkinli açıqlamalar yaymasına işarə edir. Ayrıca “Bahar qalxanı” əməliyyatı ilə Türkiyə özü olmadan bu böhranın həllini tapa bilməyəcəyini bir daha sübuta yetirdi.

Ərdoğan və Putin martın 5-də siyasət və diplomatiyanın əhəmiyyətini bir daha təsdiqlədilər. Yaxın zamanda da problemlərin həlli çərçivəsində yüksək səviyyəli görüşlər keçirilməkdə davam ediləcək.

 



Әlaqәli Xәbәrlәr